adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: MADRİDDƏ APREL DÖYÜŞLƏRİ

AQİL ABBAS
68319 | 2017-11-02 09:22

Köhlən atlılar Madriddə«Atletiko»nun stadionunda nallarından qığılcım çıxana qədər çapdılar. Az qala nəinki Avropaya, hətta son zamanlar dünyaya futboldərsi keçən ispanlarla son anadək çarpışdılar.

Qarabağ atları ilədünyanın ən gözəl və ən güclü atları sayılanərəb atlarının fərqini bilirsinizmi?Bilməyənlər üçün deyək ki, Qarabağ atlarınınəcdadı Orta Asiyadan gəlmədi. Türklər buatlarla üç qitəni fəth eləmişdilər.

Ərəb atları hündürboyludu,iti qaçandı. Qarabağ atları isə ortaboylu və geniş sinəlidir. Ərəb atları qısa məsafədəbizimkiləri ötür, amma məsafə artdıqca ərəb atları geri qalır və sonda bizimkilərə təslim olurlar. Qarabağ atlarını dayanmadan 40 kilometr çapmaqolur. Sürəti bəzən saatda 60-70 kilometrə çatır.

Qarabağ atlarınınbir başqa məziyyəti də var: əsl döyüş atlarıdı. Həm yüksək manevr qabiliyyəti var,həm də sahibi ilə bərabər döyüşüb ön ayaqları ilə, ağzı ilə düşməni parça-parçaedə bilir. Söz verirəm, bu atlar haqqındaayrıca məqalə yazaram. Hərçənd ki «Əmrahbank»ın prezidenti Yunis İldırımzadəbu atlar haqqında məndən daha çox bilgiyə malikdi.

İndi «Qarabağ»ınfutbolçuları Qarabağ atları kimi rəqiblə son ana qədər dişləriylə, pəncələriylədə çarpışdılar.

Hətta 56-cı dəqiqədəPedro Enriki şahə qalxdı. Düzdü, bu ona və komandaya baha başa gəldi, amma canısağ olsun. Hərdənbir bu qabiliyyətimizi, davakarlığımızı da göstərməliyik.

Demək olar ki, birhissə (40 dəqiqə) 10 nəfərlə qaldıq.

Uzunboylu ispan atları nə qədər özlərini öldürsələr də, bizim ortaboyluQarabağ atlarımıza dov gələ bilmədilər. ÇingizAytmatovun əsəri var ey «Gün əsrdən uzun çəkdi» («Əsrə bərabər gün»), amma sonuncu10 dəqiqədə saniyələr saatdan uzun çəkirdi.Elə bil stadiondaydım, oyunu 90 dəqiqə ayaqüstə izlədim. Səs-küyüm də qonum-qonşularıgötürmüşdü.

İspan atlıları (istəyirsənispan atları oxu) Qarabağ atlılarına (istəyirsən Qarabağ atları oxu) qalib gələ bilmədi.

Futbolçularımız Madriddəbizə Aprel döyüşlərindəki sevinci yaşatdılar. Bizə sevinc göz yaşları bəxş etdilər. Yaşa, Qurban Qurbanov! Səni və bütün Qarabağ atlılarını bağrıma basıram. Bağrıma basıram yox ey, bağrımıza basırıq! Təbriklər, Tahir Gözəlbəy! Təbriklər Əmrah Çelikəl bəy! Rəşaddan da yoxdu da.

Bəli, Madriddə əslAprel döyüşləri idi. Şəhidlərimizin ruhlarını da şad etdilər.

Sonda. Ötən yazılarımınbirində qeyd eləmişdim ki, inşallah, İmarətdə Qurban Qurbanova bir heykəl qoyarıq.İnşallah, qoyacağıq da. «Qarabağ» belə möhtəşəmoyunlarını Uemblidən də gözəl İmarətdə də oynayacaq. Həmkarlarımızdan biri mənimbu fikirlərimə sosial şəbəkədə lağla yanaşmışdı. Sən lağında ol, qaqa, sən inanmasanda biz o heykəli İmarətdə yapacağıq.

Qurban!Sən inandıqlarımız, milliyə getmə! Ya da…

…Beskov «Spartak»ın, Lobanovski «Dinamo» Kiyevinməşqçisi ola-ola, həm də SSRİ yığmasına rəhbərlikedirdi…

…milliyə getsən, elə onlar kimi elə. Yoxsa, bir də gördün gedib Tiflisdən birini götürüb gəldilər.O da özüylə bir KamAZqohum-əqrəbasını yığıb gətirdi, «Qarabağ»ıelədilər «Quriya» Lançxuti.


TƏQVİM / ARXİV