ANA SƏHİFƏ / SAĞLAMLIQ

“Aura” Sağlamlıq Mərkəzi tətbiq etdiyi güzəştlər, yeniliklər və yüksək xidmət baxımından fərqlənir

3521    |   2017-10-31 16:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Aura” Sağlamlıq Mərkəzində bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlar, açıq tennis kortu, skvoş kortu, tennis kortu, günəş terrası və yay bağı yerləşir.

Qapalı hovuzun uzunluğu 25 metr , dərinliyi isə 1.70 metrdir.

İkinci mərtəbədə yerləşən fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir.

"Aura” Sağlamlıq mərkəzində peşəkar məşqçilər tərəfindən yoqa, pilates, aerobika, boks, tennis, skvoş və üzgüçülük dərsləri keçirilir. Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Sağlam həyat tərzi keçirən insanlarda idmanın bu növünə maraq getdikcə artmaqdadır. Fitnes boksu son dövrlərdə olduqca böyük populyarlıq qazanıb. Təcrübə göstərir ki, sağlam və güclü olmaq istəyənlər üçün fitnes boksu olduqca əlverişli idman növüdür. Bu idman növü ümumilkdə bədənin gücünü və sürətini artırır, aerobik hərəkətliliyi də ehtiva etməklə, artıq kalorinin yandırılmasını təmin edir və güclü əzələ sistemi yaradır. Bundan başqa, məşqlər zamanı əzələ və oynaq zədələnməsi riskləri olmur. Fitnes boksu güclü fiziki və ruhi sağlamlığın vəhdətinə şərait yaradan ən münasib idman növlərindən biridir.

Hazırda, mərkəzdə müxtəlif endirim aksiyaları keçirilir.Aksiyalardan biri qadınlar və uşaqlar üçün nəzərdə tutulub və qiymət baxımından çox sərfəlidir. Qadınlar üçün həftənin 5 günü səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə "Aura” Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. "Aura” Sağlamlıq mərkəzinin üzvləri 5 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər.

Şənbə və bazar günləri də daxil olmaqla qonaqların "Aura” Sağlamlıq mərkəzinə rahat gəlib-getməsi üçün 17 nəfərlik "Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir.

"Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları "Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda "Park Bulvar”ın qarşısından "Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

"Aura” Sağlamlıq Mərkəzi səhər saat 6-dan axşam saat 22.00-a qədər fəaliyyət göstərir. Oteldə maşın üçün parkinq çox əlverişli və rahatdır.




İmza:

Xərçəngin 2 əsas səbəbi...

Gün ərzində nə qədər çörək yemək olar?

Yuxularınız sizin haqqınızda bunları deyir

Nazirlik mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır

Bakıda həyati təhlükə törədən heyvan ətlərinin satışına görə 6 nəfər həbs edilib

Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib

Qulaqcıq sağlamlıq üçün TƏHLÜKƏDİR

Beyin hüceyrələrini məhv edən səbəblər...

Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı

Azərbaycanda əhali arasında qriplə bağlı epidemioloji monitorinq gücləndiriləcək

Azərbaycanda yayılan qrip virusudur? - Baş infeksionist CAVAB VERDİ

Böyrək daşlarına qarşı xalq təbabəti respetləri

SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK