Ötən gün gündəmimizdəhadisələr bol idi. Ürək açanı da var idi, ürək üzəni də, ölkəmiz üçün əhəmiyyətlisidə. Bu hadisələrin miqyasından və önəmliyindən asılı olmayaraq isə parlayanı, önə çəkiləni və ən çox müzakirəediləni Fədayə Laçın idi. Zəbt eləmişdio gündəmimizi. Əslində o zəbt eləməmişdi, onunla zəbt eləmişdilər gündəmi.
Hətta elə zəbteləmişdilər ki, uzunluğu 850 kilometr olan və onun da 504 kilometri Azərbaycan ərazisindənkeçən Avropanı Asiya ilə birləşdirənBakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimidə, o tədbirdə iştirak edənlərdə,onların bu layihə haqqında dedikləri də, Azərbaycan televiziya məkanının əfsanələrindənolan tanınmış diktor, Xalq artisti Rafiq Hüseynovun vəfatı da, "MTN işi" üzrə Akif Çovdarov,Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova oxunan hökm də yaddan çıxmışdı. FədayəLaçındakı Laçın da yaddan çıxmışdı. Ancaq Fədayə idi gündəmdə. Hansı saytıaçırdınsa, hansı sosial şəbəkəyə baxırdınsa, Fədayə idi. Günün sonuna yaxınAğcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 1nəfər ölsə də, gündəm dəyişmədi.
Köşə yazıları,statuslar, mahnılar, Fəlakətimizin Fədayəyə klip çəkmək istədiyi fraqment dəvirtual aləmdə cərəyan verirdi. Hər kəs bir cürə özünü fəda edirdi Fədayəqalmaqalı üçün. Fədayə də fəda vermişdi, biz də fəda gedirdik.
Tanınmışlar tələm-tələsikmünasibət bildirdilər. Biri dedi ki, saf sevginin qurbanı olub, biri dəsevginin sərhədsizliyin qabartdı, "axı sevgi heç bir sərhəd tanımır",biri isə...
Bax beləcə zəbtedilirdi gündəm. Bir kriminal olayın içindəki Fədayə Laçınla. Bayağı musiqiçiadlandırılan Fədayə Laçınla, elə bayağı formada da zəbt edilirdi.
Qarmaqarışıq xəbərlərləCeyms Bond eləmişdilər Fədayəni. Ceyms Bondu da yəqin tanıyırsınız. O agent 007-dir.Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə casus və qəhrəmanobrazıdır.
Hələmacəraları ilə Fədayə Ceyms Bondu kölgədə də qoymuşdu. Əgər Ceyms Bond Fədayədənxəbər tutsa mutləq ki, onun fəndlərindən novbəti filmində yararlanacaq. Bəlkə hələ filmin titirində Fədayənin adı da yazılacaq.
Mənbu olayın heç bir detalından yazmadım və indi də yazmayacam. Bir cümləlikstatus da yazmadım. Mənə Fədayə maraqlı deyil. Və o dünən günümü zəbt edə bilmədi.Hər yerdə qarşıma çıxsa belə.
Çünkibu elə bir gün idi ki, bu gündə bir dahatəkrar edirəm ki, ölkəmiz üçün əhəmiyyətli olan Avropanı Asiya ilə birləşdirənBakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi baş tutdu. Bu günün işığındaidi Azərbaycan. Bütün dünyanın gözü bizdə idi. Hər kəsin gözü bizdə olanda diqqətli olun.