adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AQİL ABBAS: ARDA TURANIN FACİƏSİ

AQİL ABBAS
59778 | 2017-10-31 10:00

Avropanın ən ulduzfutbolçularından biri sayılan Arda Turan Azərbaycan çempionatının zəif komandalarınınbirinin ehtiyat oyunçular skamyasında oturan futbolçularından birinə çevrilməkdədi.

Vaxtilə «Atletiko»Madriddə aparıcı oyunçu idi, bir türk kimionunla fəxr edirdik. İndi isə adamın bu ulduzfutbolçunun düşdüyü vəziyyətə ürəyi ağrıyır.

ŞenerŞenin bir məşhur filmi var. Filmkomediya kimi çəkilsə də, əslində böyük bir faciədi. Böyük bir kəndin ağası olan,sayılıb-seçilən, əli öpülən Şener Şen (yaratdığı obrazın adı yadımdan çıxıb) İstanbuldayaşamaq eşqinə düşür. Və nəyi var satır üztutur İstanbula. Şəhərdə onu acınacaqlı birhəyat gözləyir. Əlində, ovcunda olan pul da gedir, ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olmaqistəyir, ona da bələdiyyə məmurları hər dəfəmane olur, başına min bir oyun gəlir. Və axırdahavalanır.

İndi Arda Turan həmin Şener Şenin həyatını yaşayır. Əslində bizdədə belə insanlar bir yox, beş yox, minlərlədir. Kənddəki ev-eşiyini, torpağını atır,üz tutur Bakıya və elə bilir ki, Bakıya yel əsib qoz tökülüb. Necə ki Şener Şen elə bilirdi ki, İstanbula yel əsibqoz töuülüb, gəlir şəhərə qazandığı pul ev kirəsinə çatmır. Belələri bəzən içkiyə aludə olur, ya oğurluq edir, ya da əlindənheç bir iş gəlməyəndə intihar.

İndi Arda Turan da elə bildi «Barselona»da yel əsib qoz tökülüb,getdi yığmağa, əlində, ovcunda olanı da itirdi. Arda Turanın formadan düşməyinin bir obyektiv, bir subyektivsəbəbi var. «Barselona»ya o zamangəldi ki, komandaya qoyulan müəyyən qadağalaragörə 3-4 ay əsas heyətdə oynaya bilmədi.

Futbolu bilənlərbilir, əgər bir futbolçu zədələnib iki-üçoyunu buraxırsa, müəyyən qədər formasınıitirir. Sonradan komandaya uyğunlaşmaq üçünona müəyyən vaxt lazım gəlir. Onda ki üç-dörd ay əsas heyətə düşməyəsən və sonrada «Barselona» kimi bir komandanın oyununauyğunlaşa biləsən. Çətin deyil ey, çox çətindi. Nəticədə komandaya uyğunlaşabilmədi, getdikcə formasını itirdi, «Atletiko»da birinci oyunçu olan «Barselona»da18-ci oyunçuya çevrildi.

İndi «Barselona»çıxarıb bazara alan da yoxdu, hətta Türkiyə komandaları da almırlar. Doğrudan daürək ağrıdan məsələdi.

Formasını itirməkdə ikinci səbəb nəydi? Bu bir az mistikadı.Futbolçuların öz imicləri olur, bununla fərqlənmək istəyirlər. Hər bir oyunçunun qol vurarkən sevincini nümayiş etdirdiyi kimi.Məsələn, Ronaldo qol vurandan sonra meydanınbir yerində dayanıb qol vurduğu ayağını göstərir.Messi qol vurduqdan sonra üzünü Allaha tutub xaç çevirir.

Arda Turan da uzunsaç saxlayırdı, saçını da bantla bağlayırdı.Bu meydanda 22 futbolçunun içində dərhal onutanıdırdı, həm də ona çox yaraşırdı.

Bir gün qardaş ölkənincümhurbaşkanı sayın Ərdoğan Madriddə olarkən Arda Turanla görüşdü. Görüş zamanısaçına işarə edərək dedi ki, Madriddə kuaför (fransızcadı, türk dilində dəllək deməkdi,bərbər də deyirik) tapılmır, saçını qırxdırasan?! Həmin gündən sonra gedib saçını qırxdırdı və yekə bir saqqal buraxdı. Bu da onun formadan düşməsinin səbəblərindən biri oldu. Bibliya kitabında adıkeçən gücü saçında olan bir qəhrəman var, əgər yaddaşım məni yanıltmırsa, adı Samsondu. Heç demə, Ardanında gücü qoyduğu saqqalda yox, Samson kimikəsdirdiyi saçındaymış.

Bəli, Avropa meydanlarında at oynadan sevimli bir türk futbolçumuzubeləcə itirdik. Sizi bilmirəm, məni çox ağrıdır.

Mən «Barselona» ilə«Real»dan başqa o Avropa klublarının oyunlarını izləyirəm ki, orda mütləq bir türk oynayır. Həmin türk oynayan komandalara da«Qarabağ»a necə azarkeşlik edirəmsə elə azarkeşlik edirəm. Məsud Özildən sonra «Real» gözümdəndüşüb, indi Ardadan sonra da «Barselona». İndi Məsudun xətrinə məcburam sevmədiyim«Arsenal»a azarkeşlik edim.

Futbolelə bir köpəyoğlu xəstəlikdir ki, mübtəlaolmayan bilməz.


TƏQVİM / ARXİV