SEVGİDƏN AĞRIYAN ÜRƏK

ƏBÜLFƏT MƏDƏTOĞLU
62834 | 2017-10-27 17:24

Onun müalicəsinə tələsməyin

Bu da oktyabr ayı… bu da onun sonuncu şənbə günü… Və mən bu son şənbəninyazısını yaddaşımdan bilgisayara, artıq yazı yazmaqdan halsızlaşmış və yorulduğuhiss olunan Gülər xanıma diktə edirəm. Bu dəfə də özümdən, öz dünyamdan, özdüşüncələrimdən yazmaq üçün seçdiyimmövzunun ipucu payızdı. Və bu payızın tez-tez dəyişən havası məni dəhaldan-hala saldığı üçün özümü tarazlaya bilmirəm. Xüsusilə artan maqnitqasırğaları ətrafında təkcə ağacların yarpağını tökmür, təkcə yarpaqlara xalsalmır, həm də çevrəmdəki insanları zədələyir. Mənim də, onların da ürəyinialıb ovcunun içərisində sıxır nar kimi. Və bu sıxıntılar da istər-istəməz mənihalsızlaşdırır, ümidsizləşdirir. Və özüm-özümə bunun nə qədər davam edəcəyinisual şəklində ünvanlayıram. Amma kimdibu suala cavab verən. Yoxdu axı belə bir insan!..

Bəli, şəhərin küçələrini dolaşıram. Hər tərəfdə demək olar ki, xəzəlvar. Ağaclar əməlli-başlı lütləşirlər. Bu,bizim Avropa ayağıyla yerimək istəyən gənclərimizin durumuna heç bənzəmir. Yəniavropalı havasıyla oynayan gənclərimizdən fərqli olaraq yarpaqlarsarala-sarala, xallana-xallana tökülür. Və yarpaq yağışına mənim və çoxlarınınürək ağrısıyla baxdığı bir məqamda yaşlı süpürgəçi qadın isə ağacları vəyarpaqları söyə-söyə diqqət yetirir. Bunun özü də bir təzaddı. Bəlkə də o yaşlıqadın tökülən bu yarpaqların simasında özünü də, öz həyatını da görür… payızınona da yaxınlaşdığını hiss edir. nə demək olar? Hərənin öz arşını olduğu kimi, hərənin öz baxış bucağı da var. Mən belədüşünürəm...

Elə düşündüyüm məqamda da ağlıma gələn bu olur ki, görəsən mənimduyduqlarımı sən duyursanmı? Mənim yaşadıqlarımı sən yaşayırsanmı? Mənim hisslərimiən azından öz hisslərinə yaxın buraxırsanmı? Yoxsa sən də payızdan, yarpaqtökümündən qorxursan, çəkinirsən. Və yaxud bəlkə sən də duyğulara, hisslərə, eləhəyatın özünə biganəsən. Nə bilim vallah…

Qəribəliklərdən biri bax, öncədən söylədiklərimi hardasa təxmin etmək,ağıldan, ürəkdən keçirməkdi. Mən də həmin o yazdıqlarımı bir anlıq da olsakeçirirəm öz içimdən, öz dünyamdan. Və baxıb görürəm ki, bunlar çevrilib şeirolub – sənə yazdığım şeir. O şeirdə yazmışam ki:


Duyursanmı, ürəyim

Qəfəsdə quş kimidi?!

Sonuncu nəfəs ilə -

Yerə düşmüş kimidi…


Duyursanmı, gözlərim

Öləziyir, kiçilir?!

Nurla dolu piyalə -

Səs-səmirsiz içilir!..


Duyursanmı, əllərim

Barmaq-barmaq quruyur?!

Varlığın üzü sənə

Tək qurd kimi uluyur!..


Duyursanmı, bir sevgi

Payızına yıxılır?!

Dinləmə məni, qəlbin

Duyuram ki, sıxılır!..


Ötüb gedir günlər ilin sonuna tərəf. Və bu ötüb gedən günlərin yaddaş kartını çıxartmaq istəsəm də mümkünolmur. Çünki günlər təkcə mənə adi deyil… onları təkcə mən yaşamıram, hamımızyaşayırıq. Və hər kəsin də günlərin içərisində izi var, sözü var. Mən bu qədər qəribəliyin içərisində özümə aidolanı seçməkdə çox çətinlik çəkirəm, hətta deyəsən heç bacarmıram da. Ona görə günlərdən gileylənmək, hətta günlərdən dadetmək belə ağlıma gəlir hərdən. Nə olacaq ki, bütün istəklərin, bütün bu ömrünnəyi dəyişib ki, nə gerçəkləşdiribki? mən bilən heç nəyi. Ona görə də səssizcə dayanmaq və müşahidəaparmaq hardasa özünə çəkilmək, özünə sığınmaq daha doğru olmazmı? Bax, busonuncu fikrim özümün də xoşuma gəlir, özüm özümdən məmnun halda pıçıldayıram:


Təkliyin sonuncu dayanacağı -

Məni daha tez-tez çəkir özünə…

Həsrətin xəmiri sıyıqdı deyə

Məni də ələyib qatır gözünə…


İndi bu misranın ovqatıyla günün ovqatını eyniləşdirmək, bir-birinəkökləmək gərək olacaq mənə. Deyəsən bunu da bacarmayacam. Və ümumiyyətlə, sonvaxtlar yaman bacarıqsız olmuşam. Heç nəyi sona çatdıra bilmirəm. Beləcəhər şey, hər kəs məni yarı yolda buraxıb gedir. Və mən də yarı yolda qalmış biriləri kimiancaq təəssüflənirəm. Əgər bilsəydim belə bir tale, belə bir aqibət gözləyir məni,bəlkə də heç bu ruhda köklənməzdim… bu istəkləri özümə yaxın buraxmazdım… bu xəyallaradüşməzdim… və bir də özümü sənin sevginə layiq görməzdim. Amma neyləyimki, heç nə tək məndən asılı deyil. Və təkməndən asılı olmayan hər şeyin içində mən özüm bəzən heç kim oluram. Və bu daürəyimi elə ağrıdır, elə sıxır, elə göynədir, mən bütün bunlara ancaq susuram,dözürəm, ürəyimsə danışır.


Ürək, danışma, dinmə

Sus, otur öz içində…

Dərdlərin ən ağrın –

Seç, götür öz içində!


Nə şimşək ol, nə də çax

Axara kənardan bax…

Sən elə təmkinlə yağ -

Sel ötür öz içindən!..


Özünü tam bildirmə

Üstünə də güldürmə…

Demirəm ki, öldürmə -

Dərd öldür öz içində!..


İndi hər hadisə, hər söz, hətta telefon zəngi belə adamı təbdənçıxarır. Bu səbəbsiz deyil. O qədər informasiyayla, qayğıyla, problemlə, elə həyatınözünün stresləriylə yüklənmişik ki, dözümsüz olmuşuq. Necə deyərlər, sankibarıt çəlləyi üzərindəyik. Hər şeyə öz reaksiyamızla cavab verməyə, hətta doğrunu da susdurmağa bəzənçalışırıq. Bu da ikinci bir zərbəni,ikinci bir reaksiyanı ortaya qoyur. Və beləcə, günün gərginliyi içərisində üzüaxşama tələsirik. Unuduruq ki, axşamın ağırlığı daha böyükdü. Çünki gecələrin təklənməyivar, qəribliyi var. Hətta mən hələ özümün ilk şeirlər kitabımda, ötən əsrin80-ci illərində yazmışdım ki:


Vaxt var idi, dan yeriydik, sabahdıq,

Dörd tərəfə sağa, sola ha baxdıq.

Gecələr də ömürdəndir ha baxdım -

Gecələrin qəribliyi olmaya.


Bəli, bax, bu qəribliyin içərisində adama təsəlli verən elə hadisələrvar ki, onun yanından susub ötmək olmur, hətta o təsadüf olsa belə. Və mən dəbax, indinin özündə də həyatımın kifayət qədər təsadüflərini xatırlaya bilərəm,xatırlada bilərəm. Ola bilsin ki, kimlərsəhəmin o xatırladıqlarımı və yaxud da xatırlatdıqlarımı öz yaddaşında təzələdi. Buda mümkündü. Yəni mümkün olmayan əslində bizim etmək istəmədiyimizdi. Bax, bu mənadamən də yazdığım şeirin birində vurğulamışam ki:


Bizim görüşümüz adi təsadüf

Sayıla bilməz ki, bəxt yazısıdı…

Bu yazı mələklər dilində gəlib -

Zamanı sovrulan vaxt yazısıdı…


Vərəqi özündən, qələm özündən

Nəşəsi özündən, ələm özündən…

Yükümü tutubdu şələm özündən -

Bu ömür yazısı taxt yazısıdı…


Kim vurur, nə vurur – səsim ki, çıxmır

Zərbələr ruhumu hələ ki, yıxmır…

Məni sıxan sıxır, sevgi ki, sıxmır -

Deməli, bu görüş bəxt yazısıdı!


İndi yəqin ki, duydunuz, his etdiniz nə demək istədiyimi, sözü hardanbaşlayıb hara gəldiyimi. Elə mən də sizin qədər duydum, anladım bütün buyazdıqlarımın mahiyyətini. Və bir də onu anladım ki, yazmaqla özüm öz içimi vərəqləyirəm, öz köçümünyükünü tuturam. Və istəmirəm ki, hansısa vərəqdə qırmızı rəngli sual işarəsi vəyaxud da qapqara xal qalsın – ləkə kimi! Və bir də istəyirəm ki, köçümü tutubkarvana qoşulanda yurdumda, ocaq yerimdə qalan utanc gətirən olmasın, ürəkdağlamasın. Sadəcə, düşündürsün, xatırlatsın. Bax, bunu istəyirəm. Elə o istəyinözünü də hardasa şeir kimi görürəm, nəğməkimi görürəm və yazıram ki:


Dərdim kölgənin altında

Yerini açıb dincəlir…

Göyün də yaxın qatında -

Canından qaçıb dincəlir…


Sönən ocaq közü kimi

Dilin bıçaq sözü kimi…

Ürəyimin özü kimi -

Dərdim də hər gün incəlir…


Çətindi dayanmaq, durmaq

Bir olub ürək tək vurmaq…

Sənə sevgimdən qurtulmaq -

Mənə ölüm tək din gəlir!..


Deməli, bu misraların kölgəsi düşən yaddaşlar, ürəklər mənibağışlasınlar, məndən inciməsinlər. Bilsinlər və inansınlar ki, tam səmimiyazdım və özümü yazdım bu misralarda. Axı, həyatın gerçəyi budu. Ötən günlərin,arxada qalan günlərin şirinli-acılı xatirələri bunlardı. Və mən də bunların içərisindəola-ola başqa nəsə düşünmək, nəsə yazmaq halında deyiləm və ola da bilmirəm. Hərhalda, özünü, sözünü dürüst olduğu kimi ifadə etmək, yazmaq, misralamaq o qədərdə asan və ürəkaçan iş deyil. Şəxsən mənhər dəfə bu cür ovqata köklənəndə daxilən kifayət qədər enerji itirdiyimi, daxilənsıxıntılar yaşadığımı, əridiyimi hiss edirəm. Axı, candan can qopub. Dildən sözün qopması bəlkə də asandı. Amma candan canın ayrılmasıbu, dözülməz bir ağrıdı!..

Bütün yaxşılıqları və yaxşıları, bütün pislikləri və pisləri biranlıq boy sırasına düzürəm öz iradəmlə, öz istəyimlə. Və onlara bir sıra baxışkeçirirəm. Yaxşıların və yaxşılıqların kürəyinin arxasında və başının üstündəgünəş var. Pislərin və pisliklərinbaşının üstündə zülmət qaranlıq…

Bu mənə nə qədər xoş gəlsə də, amma onu da unutmuram ki, zülmətqaranlığın sakinləri, daha doğrusu, bunu özlərinə don kimi biçənləri hər şeyibacarırlar. Çünki onlar üçün müqəddəs heç nə yoxdu. Amma mənim üçün müqəddəsinsanlar, müqəddəs dostlar, müqəddəs amallar və bütün bunların fövqündə olanmüqəddəs bir sevgi var. O sevgi yaşadır… ürəyini ağrıtsa da, yuxusunu perkisalsa da, ömrünü baltalasa da yaşadır. Deməli,yaşamaq Allahın verdiyi sevgidən gələn haqlardan biridi. Mən də o sevgiylə yazıram:


Tutmuşam yükümü daha

Ağır-yüngül götürmüşəm…

Dərdin zəmisin biçmişəm -

Tək bir sünbül götürmüşəm…


Adəm bir dənin dadına

Cənnət dəyişdi qadına…

Mənsə sünbül adına -

Zərif bir gül götürmüşəm…


Kölgə var gözün altında

Dil sınıb sözün altında…

Köz qalıb külün altında -

Mən üstdən kül götürmüşəm…


Hə, kimin gücü nəyə çatır və bir də kimin bəxtinə nə yazılıb… bunlarıdemək də, yazmaq da, elə düşünmək də həm xoşdu, həm də ürəkağrıdan. Sizə sevgiarzusuyla döyünən ürək diləyirəm. Bacarsanız, o ürəyi yaşadın.


TƏQVİM / ARXİV