adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Oktyabr 2017 16:17
7548
SAĞLAMLIQ
A- A+

Qripdən qorunmanın 5 üsulu

Payız fəslində, eləcə də qış aylarında ortaya çıxan xəstəliklərdən biri də qripdir. Son vaxtlar bu xəstəlikdən əziyyət çəkənlərin sayı sürətlə artır. Bir çox insan buna adi xəstəlik kimi yanaşsa da, əslində, bu virus bir çox fəsadlara səbəb olur. Bəs bu xəstəliklə necə və hansı yollarla mübarizə aparmaq olar?

Adalet.az mütəxəssislərin araşdırmalarına əsasən, qriplə mübarizə metodlarını təqdim edir:

1. Vitaminlər, minerallar və digər faydalı maddələr orqanizmə təhlükəli infeksiyanın keçməsinin qarşısını alır.

2. Vaksinasiya qrip xəstəliyinin profilaktikasında ən yaxşı tədbir sayılır. Bu peyvəndi qrip olduğunuz zaman deyil, hər il payız fəslində etdirmək lazımdır.

3. Qrip zamanı tez-tez maye qəbul etmək məsləhətdir. Bitki çaylarından istifadə olunması faydalıdır.

4. Yeməkdən əvvəl və sonra əlləri yumaq lazımdır, qrip olan insanlara əl verib görüşmək olmaz.

5. Təmiz havada gəzmək şərtdir. axar.az