AQİL ABBAS:AT, BU BİR, BU İKİ, BU DA ÜÇ - II (ARDI)

AQİL ABBAS
79845 | 2017-10-29 11:45

Əsəbi,dilxor oturmuşam, birdən İlhan Kesici yenəAzərbaycan musiqisindən söz saldı və yenədedi:

-Azəri kardeşlərimiz çox gözəl saz çalırlar,amma savaşa bilmirlər.

Artıqboğaza yığılmışdım, bir tərəfdən də keşiş hövsələdən çıxarmışdı. Dedim:

-İlhan bəy, bizdə bir məsəl var: At, bu bir,at, bu iki, at , bu üç. İndi siz bir dəfə at, bu biri elədiz, dinmədim. Sonra at,bu ikini etdiz, yenə dinmədim. İndi də at, bu üç oldu.

İlhanbəy yerində qurcalandı. Hiss elədim ki, nə deyəcəyimdən narahat oldu.

-İlhan bəy, bizim tərəflərdə belə bir məsəlvar. Deməli, bir kişi ayrı bir kənddən bir arvad alır, qoyur atın tərkinə, öz kəndlərinə yola düşür. Bir az getmiş at ya üstündəki yükü çəkəbilmir, ya nə, xoşagəlməz bir iş görür…

… Mən İlhan bəyəatın nə etdiyini olduğu kimi dedim. Amma bunu yazmaq doğru olmaz…

…- Kişi əsəbləşib deyir ki, at, bu bir! Biraz gedirlər at yenə də xoşagəlməz bir işgörür. Kişi yenə əsəbləşir, çığırır ki, at,bu iki! Öz kəndlərinə çathaçatda at yenə də xoşagəlməz bir iş görür. Kişi bu dəfəözü də atdan yenir, arvadı da yendirir və deyir, at, bu da üç… xəncəri soxur atın ürəyinə. Arvad qayıdır ki, ay kişi, atı niyəöldürdün? Kişi də - arvad, bu bir, deyir.İndi İlhan bəy, siz at, bu bir, bu iki elədiz dinmədim, indi bu, at, üç oldu.Cavabınızı vermək gərəkdi.

İlhanbəy donub, AK Partili millət vəkili də mənalı-mənalı mənə baxır, almanlar da nədediyimi başa düşməsələr də sakitcə oturub dinləyirlər. Sonradan AK Partinin millətvəkili mənim dediklərimi onlara tərcümə edəcək.

-İlhan bəy, biz gözəl saz çaldığımız kimi, gözəldə savaşırıq. Özü də ən müasir silahlarla silahlanmış, arxasında Rusiya və digər dövlətlərduran Ermənistanla əliyalın savaşmışıq. Ov tüfəngləriylə, hətta balta-yabayla, beş-on dənə də buluddağıdantopumuz vardı. Axıra yaxın bir az avtomatımız, ağır texnikamız oldu. 20 min şəhid vermişik, bir o qədər də qolunu-qılçını itirmiş,gözlərini itirmiş qazimiz var. Bəli, 20 faiztorpağımızı kayb etmişik, amma bütün dünyaylasavaşıb 80 faiz torpağımızı qoruyub-saxlamışıq.İndi həmin o 20 faiz uğrunda mübarizə aparırıq,özü də son qələbə bizimdi, bundan arxayın olun. İndi mənim sizə bir sualım var. Türkiyə NATO-da hərbi-texniki bazasına görə üçüncü dövlət, döyüş qabiliyyətinəgörə isə birinci dövlətdir. Bunu NATO-nunbaşbilənləri də təsdiqləyir. İndi siz mənə cavab verin, belə bir qüdrətli dövləti, belə birqüdrətli ordusu olan Türkiyə uzağı beş-altı min döyüşçüsü olan PKKterrorçularının əlində girinc qalıb. On minə yaxın əsgər və polisiniz terrorçulartərəfindən şəhid olub. Bir o qədər, bəlkədə çox dinc əhali şəhid edilib. Və bu gündə PKK terrorçuları ölkənizdə meydan sulayır. İndi deyin görək, siz savaşa bilmirsiz,yoxsa biz? Bu da sizin üçün, at, bu da üç!

İlhanKesici yerindən dik qalxdı, mənə heç bir söz demədən getdi meşəyə tərəf.

AKpartili millət vəkili (təəssüf ki, adını unutmuşam, çox ziyalı,ağır oturub batman gələn kişilərdəniydi):

-Akil bəy, dedikləriniz doğru, amma gərək bu qədər kəskin danışmayaydınız. Lakinsizin dediklərinizə qatılıram.

Sonraalmanların sorğusuyla, yuxarıda qeyd etdiyim kimi, mənim dediklərimi tərcümə elədi.Almanların gülüş və təbəssümlərindən başadüşdüm ki, elə bitdə-bitdə tərcümə edir.

Gərəkki bir dəfə də monastırla bağlı məsələni yazmışdım, amma bu at məsələsinə toxunmamışdım.Bəs, indi niyə yazdım?

Zaman-zamanTürkiyədə belə atlar ortalığa çıxır. Məsələn, «Kurtlar vadisi» filmində belə atlariki-üç dəfə əleyhimizə qulun kimi kişnəmişdilər. Cavablarını da vermişdim. Ümumiyyətlə,Türkiyədə bəzi ziyalılar, jurnalistlər hərdənbir belə atlıqeləyirlər. Məsələn, bu atlardan biri bizim bayraqları stadiona buraxmamışdı və zibilliyəatdırmışdı. Yaxud, başqa biri Ermənistanla sərhədlərin açılmasını gündəmə gətirdi. Elə o günləri bəzimillət vəkilləri Azərbaycandan icazəsiz Xankəndinə gəlib terrorçubaşı ilə yeyib-içib,ordan da qayıtmışdılar cocuq qatili Sərkisyanla görüşmüşdülər.

Mənhələ cocuq qatili Sərkisyanın torpaq iddiasındaolduğu Türkiyənin cümhurbaşkanının evində plov yeməyini yazmaq istəmirəm. Ayıb olar!

Lapelə iki-üç gün öncə Ünal Çeviköz də (vaxtilə ölkəmizdə səfir olub, başda oturtmuşuq) yenə Ermənistanaqardaşlıq mesajları göndərmişdi. Saya bilərəm, amma gərək yox.

Yəni,at, bu bir, bu iki, bu üç… artıq bu dörd, bu beş, bu altı, bu yeddi, bu səkkiz…

Ammabiz belə şeylərə baş qoşmuruq və onları bağışlayırıq. Çünki ayrı-ayrı fərdlər Türkiyədemək deyil və bu ayrı-ayrı fərdlər türk millətinin iradəsini ifadə eləmirlər. Vəzaman-zaman da belə fərdlərin cavabını elə türk milləti özü verir. Elə bu günlərdə«Sabah» qəzetində doğma «Qarabağ» komandamızı və bizim mədəniyyətimizi aşağılayantürk jurnalistinə bütün Türkiyə cavab verdi.Bütün stadionlarda, qardaşlarımızın dili ilə desək, «Qarabağ» pankartı açıldı,«Qarabağ bizimdir, bizim olacaq!» şüarları səsləndirildi. Türk o məlum jurnalistdeyil, türk «Qarabağ bizimdir, bizim olacaq!» hayqırıb «Qarabağ» pankartı açanlardı.

Yerigəlmişkən, mənim çılğın olduğumu həmkarlarımbilir. Bizim bayraqlar stadiona buraxılmayanda televiziya kanallarının birində aparıcı belə bir sual ünvanladı ki, Aqil müəllim,bayraqlarımızın stadiona buraxılmamasına necə baxırsız? Dedim ki, necə yəni buraxılmamışdı,bütün stadion bizim bayraqlarla alışıb-yanmırdı? Təəccüblə qayıtdı ki, elə bir şeyyox idi, axı.

-Sən futbola baxırdın?

-Bəli, baxırdım.

-Bəs, bütün stadionda alışıb-yanan bayraqlarımızıgörmədin?

-Elə bir şey yox idi, axı.

-Dostum, bütün stadion ay-yıldızlı türk bayraqlarıyla alışıb-yanmırdımı? O bayraqda bizimdi də.

Ucatürk milləti bizim bayraqları da öz bayraqları sayırdı. Tədbirlərində, mitinqlərində,küçə yürüşlərində, Avropadakı tədbirlərində Türkiyə bayraqlarıyla bərabər bizimbayraqları da qürurla dalğalandırırlar.

Bugünlərdə İctimai televiziyada çıxışımda beləbir fikir vurğulamışdım ki, artıq biz bir millət iki dövlətdeyilik, elə bir dövlətik: canımız,qanımız, dilimiz, imanımız, inancımız bir!

Onagörə də ara-sıra ortaya atılan atlara fikir verməyin. Yadıma Türkiyə parlamenti iləbağlı çox ləzzətli lətifə düşdü. 70-ci illərinlətifəsidi, amma yazmıram. Sosial şəbəkədədə yoxam ki, inboksda yazam ki, hamı oxumaya.

Tanrıtay türkü qorumur! İndi bu deyim əslində bu cür səslənməlidir: Türk türkü qorusun!


Yazının əvəllini BURADAN oxuya bilərsiniz

TƏQVİM / ARXİV