Nətərsən?

NİCAT NOVRUZOĞLU
65808 | 2017-10-25 17:33

Bu söz əsasən Qarabağdaişlənir. Qarabağın leksikonuna daxildir. Daha dəqiqi "necəsən" sualının Qarabağ variantıdır. Biz qarabağlılar salamlaşanda "nətərsən"- deyib qarşıtərəfin kefini-əhvalını soruşuruq. Telefonun o başından "nətərsən" sualıgələndə də artıq bilirsən ki, bu qarabağlıdı.

"Nətərsən"sözü yazılışda nətəhərsən yazılır. Amma deyiləndə nətərsən deyirik.

Bu gün bir dostumolmasa da yoldaşdan yaxın bir tanışım mənə zəng vurmuşdu. Telefonu açan kimi soruşdu:"Nətərsən qaqa?"

Mən ona artıq nətərsənəillərdi verdiyim cavabı verdim, - yaxşıyam. Adət etdiyim bir cavabdır. Bəzən telefonuno başındakı "nətərsən" yox, "neynirsən" deyənə də adətkarlığımdançaşıb yenə də yaxşı olduğumu deyirəm. Bəlkə də bizim ən çox eşitdiyimiz söz, sual elə nətərsəndi.

Zəng vuranla söhbətimizuzun çəkdi. Bu söhbətdə nətərsənlər çox oldu. Üzünü nə vaxtdı görmədiyi insanlardansöhbət düşdükcə soruşurdu ki, nətərdi.

Danışıb qurtardıqvə mən bir anlıq bu nətəhərlərin içərisində boğula-boğula fikrə getdim - mən nətərəm?..

Bu səhər bütün səhərlərimkimi yuxudan durdum. Suyumuz gəlmirdi...

Masaya əyləşdim.Səhər-səhər televizorda səhər yeməyindən danışırdılar. Şou biznesin səhər yeməyinəbal, qaymaq, zeytun və hətta ikra da daxildir. Bunu şou biznesin nümayəndəsi ekrandasöyləyirdi. Bu onun səhər masasının təqdimatı idi. Mənim isə masamda pendir varidi, yağ yox...

Maşınımı "xodlayan"kimi gözüm ilk olaraq benzinin sayğacına baxır. Hələki qırmızı yanmır...

Gedirəm dostlarınyanına, günümü keçirməyə. İşsizlikdi. Son vaxtlar çox müzakirə olunan maşında danışansürücüyə cəza söz-söhbətlərinin yaratdığı 40 manatlıq cərimə qorxusundan heç içimdədə özüm-özümlə danışmıram...

Xəbərlərə baxıram.Diqqətimi biri çəkir. Dövlət qulluğu sahəsində 8 minə yaxın boş yer var. Mən dədövlət qulluğunun kiçik müşaviriyəm. 3 ildir ki, iş tapa bilmirəm. Niyə? Ona görəki...

Keçirəm sosial şəbəkələrə.Oğlu şəhid olmuş atanın bükülmüş, büzüşmüş şəkili...

Telefonuma zəng gəlir.Tanımadığım şəhər nömrəsidi. Bəlkə vakant kadr kimi mənə o 8 min boş iş yerindənbirini verəcəklər. Zəngi açıram. Bankın kredit şöbəsindən imiş zəng...

Qayıdıram evə. Yolüstügirirəm böyük marketlərimizdən birinə. Ərzaq arabasını götürüb içəri keçmək istəyirəm.Amma arabaya baxıb arabadan utanıram. O irilikdə arabaya necə bir çörək, bir makaron,bir də övladlarım üçün iki "kinder" qoyum?..

Artıq evimə çatıram.Benzin sayğacının qırmızısı gözümü deşir.

Qapımızda iki qəbz.İşıq 22 manat, qaz 36 manat. Bəs suyun niyə qəbzi gəlməyib. Noolsun ki, suyumuzsəhər gəlmirdi?..

Yenidən televizor."Maşın şou" gedir. Səs topla və çıxar rəqibini...

Kanalı dəyişirəm.İqtisadi inkişafın statistik göstəriciləri...

Eyvana çıxıram. Ayyoxdu. Göyün üzü tutulub...

...Hansısa dostumvə ya yoldaşım bu yazını oxuyub yenə zəng vuracaq. Və gülə-gülə soruşacaq - nətərsən?Mən yenə də deyəcəm - yaxşıyam. Bütün yalanlarım yalan olmasın deyə yenə də alladacamonu.

Bir belə yalan danışmamışdımmən. Təkrar-təkrar verilən bir suala hər dəfə də yalan cavab verməkmi olar? Yalanım üçün qınamayınməni. Çünki özüm də bilmirəm ki, mən nətərəm. Bilmədiyim üçün, bəlkə də bilib içimdəboğduğum üçün yaxşıyam deyib həmişə alladacam Sizi.


TƏQVİM / ARXİV