Rabitə Nazirliyindən “Bad Rabbit” təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran "Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub.
Qeyd edək ki, virus "Win32/Diskcoder.D” "Trojan-Ransom.Win32.Gen.f”, "Win32/Tibbar”, "Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.
Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan virus "Petya” virusunun bir başqa formasıdır. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0.05 bitcoin (~ $285) tələb edir. Belə ki, virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta "Adobe Flash Player”də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılmışdır. Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli vebsaytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir.
Qeyd edək ki, tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifrə olunma yolları hələ də araşdırılmaqdadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud təhlükədən mühafizə olunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərini istifadəçilərin diqqətinə çatdırır: