DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRİ

FAİQ QİSMƏTOĞLU
58970 | 2017-10-25 13:03

Dünyada çox gözəlşəhərlər, məkanlar var. Və bu gözəl şəhərlərin hər birinin öz yeri, öz görünüşü diqqəti cəlb eləyir. Ən azından ona görə ki, gözəl şəhərlər milli memarlıqüslubuyla, tikililərin orijinallığı, park və xiyabanların gözəlliyiylə insanlarıözünə daha çox çəkir…

Mən çox gözəl şəhərlərgörmüşəm: İstanbul tarixi abidələriylə seçilir, Moskva öz möhtəşəmliyiylə insanlarındiqqətini özünə çəkir. Qədim Kiyev isə öz abidələri, şəhərin yaşıllığıyla adamıheyran qoyur. Mən bu şəhərlərin arasında bir şəhəri də oxucuların diqqətinə çatdırmaqistəyirəm: Horadiz şəhərini! O şəhəri ki, son 10 ildə cənab Prezident İlham Əliyevinböyük qayğısı və köməyi nəticəsində çox möhtəşəm inşa ediblər. O gözəlliyi ki,1993-cu ilin avqustun 23-də ermənilər Füzuli rayonunu işğal edərkən orda daşı daşüstə qoymayıblar. Horadizin yaşayış binalarını, eləcə də dövlət və sosial obyektlərininhamısını yandırıblar. Həmin anları mən öz gözlərimlə görmüşəm. Və yanmış qəsəbənigörəndə dizimi yerə qoyub hönkür-hönkür ağlamışam. Çünki o yanan evlərin arasındamənim özümün evim olmasa da, doğmalarımın, əzizlərimin dişi və dırmağıyla, əzab-əziyyətləvə alın təriylə tikdikləri evlər də vardı. Tək o evlər yanmamışdı. Orda insanlarınuzun illər qalan xatirələri, gözəl anları və bir də keçmişləri külə dönmüşdü. Buanları görəndə düşünürdüm ki, Allah, görəsən Horadizi bərpa etmək və yenidən tikməkmümkün olacaqmı? Amma Allah bizi çox istədiyindən və sevgisindən bu şəhər zaman-zamanyenidən inşa edilməyə başladı.


Belə ki, ölkə PrezidentiUlu Öndər Heydər Əliyevin qayğısıyla Horadizdəbütün məsələlər ön plana çəkildi. Yəni Füzulinin 1994-cü ilin yanvarında işğaldanazad olunmuş 22 kəndi ilə yanaşı, Horadiz də əsaslı surətdə yenidən tikilib bərpaedildi. Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadizəşəhər statusu verildi. Və bu müddətdə şəhərin bütün küçələri, prospektləri, yollarıəsaslı surətdə yenidən inşa edildi. Bir-birindən gözəl, bir-birindən yaraşıqlı yaşayışbinaları, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verildi.

İnanın, o şəhərəəvvəllər yolu düşən adamlar bu gün gəlsələr, bu gözəlliklərin qarşısında bəlkə dəheyrət onları bürüyər. Heyrət onları bürüyər ki, qısa zamanda yerlə yeksan olubkülə döndərilən şəhər necə müasir üslubda tikilib. Burda çox böyük əzəmətli HeydərƏliyev parkı salınıb. Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Dram Teatrı, Tarix -Diyarşünaslıq muzeyi, bir sözlə, bir-birindən gözəl və yaraşıqlı milli-memarlıqüslubunda inşa edilən tarixi abidələr… Onagörə tarixi abidələr deyirik ki, hər bir tikilən yeni bir mədəniyyət ocağı həm dətarixi abidədi. Onlar hamısı memarlıq baxımından XXI əsrin görkəmli abidəsi sayılabilər.


Horadizin bir-birindəngözəl yerləri, məkanları çoxdur. Adam həmin şəhərə gedəndə özünü sanki cənnətdəhiss eləyir. Sovet dövründə bu şəhərdə yayın istisində işləmək, yaşamaq çox çətinidi. Ona görə yox ki, şəhərdə insanlar çoxişlər görürdülər. Ona görə ki, Sovet dövründə indiki kimi Horadizdə çoxlu sayda şam, çinar və digər ağaclar əkilməmişdi. Elə şəhərədə sərinliyi gətirən 7 il bundan əvvəl əkilmiş müxtəlif ağaclardı. Bir vaxtlar istidəburda tab gətirməyənlər indi isti yay günlərində şəhərdəki Heydər parkında istirahətetməyə gəlirlər. Ona görə ki, isti günlərdə bu parkda dincəlməyin və istirahət etməyinözgə ləzzəti var.

Hələ biz dağın döşündəsalınmış möhtəşəm Bayraq meydanını demirik. Bu Bayraq meydanı bir vaxtlar diqqətibir o qədər də cəlb eləmirdi. İndi bu Bayraq meydanında dağın döşündə böyük birpark salınıb və minlərlə şam ağacları əkilib. Və o ağacları da bu illər ərzindəelə bəsləyiblər ki, onlar hamısı böyüyüb və ətrafa sərinlik gətirməklə yanaşı, birgözəllik də bəxş edib.

Prezident İlham Əliyevson 10 ildə Füzuliyə 6 dəfə səfər edib. Rayonunvə Horadiz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı çoxlu Fərman və Sərəncamlar imzalayıb. Eyni zamanda HoradizBirinci vitse-prezident, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın da diqqət və qayğısını hiss edib. Belə ki, Mehriban xanımın köməkliyi ilə Füzuli rayonunda5 böyük layihə həyata keçirilib. Onun 4-ü Horadizin payına düşüb. Mehriban xanımƏliyevanın təşəbbüsü ilə Horadiz şəhərində 240 yerlik məktəb, 100 yerlik uşaq bağçası,Tarix-Diyarşünaslıq muzeyi və Rəsm Qalareyası tikilib istifadəyə verilib.


Horadizə şəhər statusuverilməsinin 10 illiyi ilə bağlı böyük mərasim keçirilib. Bu mərasimdə Füzuli rayonİcra hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Adminstrasiyasının ərazi təşkilatçılığıməsələləri şöbəsinin məsul əməkdaşı Əflatun Rufuyev, Milli Məclis sədrinin müavini,Füzuli rayonundan millət vəkili seçilmiş Bahar Muradova , deputat Elman Nəsirov,Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçiləri – general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, «N» saylı hərbi hissənin əsgər vəzabitləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcrahakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək Horadizin tarixi ilə bağlıdanışmış və bildirmişdi ki, Prezident İlham Əliyevin 10 il bundan qabaq imzaladığısərəncamla Horadizə şəhər statusu verilib. Alı Alıyev onu da qeyd etmişdir ki, Füzulirayonunun 1994-cü il yanvarın 5-dən 6-nakeçən gecə mərhum dövlət başçısı Heydər Əliyevinrəhbərliyi altında 22 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. Qısa zamankəsiyində Horadiz qəsəbəsi və işğaldan azadolunmuş digər yaşayış məntəqələrinin bərpa olunmasına başlanılıb. Prezident İlhamƏliyevin rəhbərliyi altında Horadizdə təhsil, səhiyyə, mədəniyyət və digər infrastrukturobyektləri, həmçinin işğal dövrü yandırılmış, dağıdılmış evlər və küçələr bərpaolunub. Füzuli sakinləri öz doğma evlərinə qayıdıblar.

Tədbirdə Milli Məclisinsədr müavini Bahar Muradova, Müdafiə Nazirliyinin rəsmiləri çıxış ediblər. Horadizinşəhər statusu almasının 10 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə silahlıqüvvələrin mahnı və rəqs ansambılının Müdafiə Nazirliyinin xüsusi orkestr müşayətiilə konsert proqramı təşkil edilib. Bir sözlə,Horadiz özünün ən gözəl, ən yaddaqalan və tarixə çevrilən günlərindən birini yaşayıb.

Yazımızın əvvəlindəbelə bir fikir iştəlmişdik: Dünyanın Ən Gözəl Şəhəri. Bəli, bu fikrimizin də üstündədururuq və deyirik ki, Dünyanın Ən Gözəl Şəhəri Horadizdi və Dünyanın Ən Gözəl Şəhərinəkimin yolu düşsə, bunun şahidi ola bilər. Ən azından ona görə ki, Horadizə gələnadamlar onun həm gözəl gündüzünü, həm də gözəl gecəsini görəcəklər. Gündüzü gecəsindən,gecəsi gündüzündən gözəl şəhərə baxmaqla adam doymur. Xüsusən də şəhərin başının üstündə yerləşən Bayraqmeydanındakı rəngarəng işıqlar gecələr buşəhəri sanki Parisə, İstanbula və Londona bənzədir…

İnanmırsınız, gəlinbaxın! Görün, düz deyirik, yoxsa düz demrik! Bakıdan Horadizə cəmi-cümlətanı320 km məsafədir. Bu da orta sürətlə avtomobilə gedərsənsə, 4 saat, 4 saat yarımaçatmağa imkan verir. Deməli, Dünyanın ƏnGözəl Şəhərini ürəyi isətəyən adam görən bilər. Əgər Horadizə getsəniz və Bayraqmeydanına qalxsanız, o yüksəklikdən siz Laçının, Qubadlının, Zəngilanın, Cəbrayılın,Şuşanın havasını hiss eləyəcəksiniz!..


TƏQVİM / ARXİV