ANA SƏHİFƏ / TEXNOLOGİYA

Stiven Hokinq Kembric Universitetinin saytını çökdürdü

24315    |   2017-10-25 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur astrofizik Stiven Hokinqin 1966-cı ildə yazdığı dissertasiyanın tam versiyası dünya mediasında geniş müzakirə olunub.

Adalet.az xəbər verir ki, S.Hokinqin "Genişlənən kainatın özəlliyi" (Properties of Expanding Universes) adlı elmi işin tam mətnini oxuculara təqdim edən Kembric Universitetinin rəsmi saytı çöküb. Buna səbəb mətni 60 mindən çox istifadəçinin oxumağa cəhd etməsi olub.

75 yaşlı S.Hokinq bununla bağlı BBC ilə təəssüratlarını bölüşüb. O deyib ki, təkcə özünün deyil, bütün elmi və dünyəvi məsələləri əhatə edən yazılar insanlar üçün əlçatan olmalıdır:

"134 səhifəlik elmi işi oxumağa həvəs göstərən bütün insanlara təşəkkür edirəm. Fizika və kosmologiya ilə maraqlananların sayının artması məni sevindirir. Ümid edirəm, hazırda giriş bağlandığı üçün məyus olmayıblar. Bu problem qısa zamanda bərpa ediləcək".

Buna qədər isə 24 yaşında yazdığı elmi işi oxumaq üçün insanlar Kembric Universitetinin kitabxanasına getməli idilər. Orada isə 134 səhifəlik dissertasiyanın surətini 86 dollara dərc edirdilər.(publika.az)




İmza:
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK