adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Oktyabr 2017 17:55
37707
TEXNOLOGİYA
A- A+

Dünyada ən çox elektromobil hansı ölkədədir?

Dünyada elektrik mühərriiki ilə işləyən avtomobillərin sayı kəskin artmaqdadır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, belə avtomobillərin sayı 3 milyona çatıb. Onlar arasında ən çox satılan Tesla Model S elektroavtomobilləridir.

Dünyada ən çox elektromobil Çinə məxsusdur. Bu ölkədə 650 min (dünyadakı avtomobillərin 32%), liderliyi əldən verən ABŞ-da isə 500 min elektromobil var.

Yaxın illərdə bütün bu ölkələrdə ictimai nəqliyyatın da elektrik enerjisi ilə çalışacağı gözlənilir.

Çin və ABŞ-dan sonra elektromobil bazarında Avropa ölkələri qərarlaşıb. Norveçdə satılan avtomobillərin 28,8%-i elektrik mühərriyi ilə işləyir. Eyni göstərici Hollandiyada 6,4%, İsveçdə isə 3,4% təşkil edir.(modern.az)