ANA SƏHİFƏ / HÜQUQ

Qaçan məhbusları hansı əlavə cəza gözləyir?

40626    |   2017-10-24 16:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məhbusların Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakıya gətirilərkən paytaxtda nəzarətdən yayınaraq qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Nəzarətdən yayınaraq qaçan məhbusları və onların qaçmasına görə Penitensiar Xidmət əməkdaşlarını hansı cəza gözləyir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova Trend-ə açıqlamasında bildirib ki, nəzarətdən yayınaraq qaçan məhbusların cəzası ağırlaşdırılacaq: "Həmin məhbuslara öncə ittiham olunduqları cinayət əməli ilə bağlı aldıqları cəzaya əlavə olaraq, azadlıqdan məhrumetmə yerindən qaçdıqlarına görə də 2 ildən 6 ilədək cəza veriləcək. Yəni hazırkı cinayət işinin istintaqı bitdikdən sonra həmin təqsirləndirilən şəxslərə verilən əvvəlki cəza ilə sonradan törətdikləri cinayətə görə verilən cəza toplanacaq".

İ.Cavadova bildirib ki, məhbusların qaçmasında Penitensiar Xidmət əməkdaşlarının iştirakı faktı olarsa, həmin əməkdaşları isə daha ağır cəza gözləyir: "Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur".

Vəkil qeyd edib ki, bu məsələ istintaqın gedişində ciddi araşdırılacaq, məhbusların hansı şəraitdə qaçması müəyyən ediləcək: "Onlara qaçmağa şərait yaradılıb, ya yox? Bu hallar araşdırılandan sonra təqsirləndirilən şəxslərin daşınmasına cavabdeh olanların cəzaları dəqiq bilinəcək. Həmin maddədən əlavə, Penitensiar Xidmətin məhbuslara nəzarət, onların daşınması və təhlükəsizliyi ilə bağlı daxili qaydaları da var. Bu qaydaların da müddəalarının pozulub-pozulmaması araşdırılmalıdır".

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.




İmza:

Bəraət aldığını eşidən dustaq huşunu itirdi - Hökm

“Pulum olmayanda ondan istəyirdim” - “Qoca” ilə birgə həbs edilən məhbus

Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı

Nazirlik zavodu məhkəməyə verdi

Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı

“Ora gedəndə öyrəndik ki, oğlum artıq morqdadır” - Narkoloji Mərkəzdəki yanğın işi

Sabiq rəis müavini: Fədayə Laçın qadın olduğu üçün bunu ona etmədik

Fədayə Laçının məhkəməsi davam etdirilib: "Çox vaxt daxili rejim qaydalarını pozurdu"

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı? - AÇIQLAMA

Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı

Şirkət rəhbərinə cinayət işi açıldı - 3 nəfər həbs edildi

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK