AQİL ABBAS: AT, BU BİR, BU İKİ, BU DA ÜÇ

AQİL ABBAS
80678 | 2017-10-25 14:25

Xeylivaxtın söhbətidi. NATO-nun Belqraddakı biriclasında iştirak edirdim. İclasda iştirak edəcək iki türk millət vəkili ilə dəİstanbuldan yol yoldaşıydım. Elə təyyarədədə söhbətimiz tutmuşdu. Eyni oteldə qalıb bir yerdə yemək yeyirdik. Hər ikisi məndən yaşca çox böyükidi. Hesabı ödəməyə də qoymurdular ki, biz səndən böyüyük. Böyük olan yerdə yaşca kiçik əlini cibinə salmaz.

İlhanKesici həyat dolu, zarafatcıl, bir neçə dilimükəmməl bilən, geniş dünyagörüşünə malik, savadlı bir şəxsiydi. Qısası, professoridi, özü də Londonda oxumuşdu. Onunla söhbətim lap tuturdu. CHP-dən millət vəkiliydi.

Bizimmusiqini çox bərk sevirdi. Dediyinə görəözü də yaxşı skripka çalırdı. Maşında gedərkən bəzən yolboyu hansısa bir xalq mahnımızı dilinin altında mızıldayırdı.

Məndəndə xahiş etdi ki, mümkünsə ona bir saz (tar) göndərim. Deyirdi ki, sizin saz dünyadaən mükəmməl musiqi alətidi. Mən də təbii, dedim, göndərərəm.

İkincigün idi, yenə bizim musiqini təriflədi. Vəsonra dedi:

-Çox gözəl saz çalırsız, amma heyf ki, savaşa bilmirsiz.

EynənAnarın «Otel otağı» filmindəki bir türkün azərbaycanlı alimə dediyi kimi.

Dedimağsaqqal adamdı, cavab vermədim. Səhərisi gün yenə söhbət zamanı Rəşid Behbudovdan,Zeynəb Xanlarovadan söz saldı və yenə dedi:

-Akil bey, doğurdan çox gözəl saz çalırsız, amma heyf, savaşa bilmirsiz. Ermənilərtorpaqlarınızı işğal edib.

Yenəsaçına və yaşına bağışladım, cavab vermədim.

İclasınüçüncü, ya dördüncü günüydü, tədbirdə iştirak edən 200-yə qədər millət vəkilinidoldurdular avtobusa və apardılar Belqraddan təxminən 200-230 kilometr aralıda birmeşənin içindəki monastıra. Və orda məlum oldu ki, bu qədər millət vəkilini buraniyə gətiriblər. Keşiş ingiliscə monastır haqqında məlumat verirdi, gənc dostumAzər də mənim üçün tərcümə edirdi.

Monastırda elə bir vəziyyətdəydi ki, zir-zibilin içində, şüşələri qırıq-qırıq, divarlarınüzlüyü sökülüb-tökülüb və sair və ilaxır.

Keşiş bütün mövzunutürklərin işğal siyasətinin, barbarlığının üzərində qurmuşdu. Türklərin bu monastırı təxminən250 il əvvəl bir dəfə necə dağıtdıqlarındangeniş danışdı. Sonra da keçdi türklərin bu monastırı ikinci dəfə 200 il əvvəl necə yandırdıqlarını təsvir etməyə. Elə danışırdı ki, adam türklərə nifrət etməyə bilməzdi.

Dahaözümü saxlaya bilmədim. Soruşdum ki, türklər axırıncı dəfə bu monastırı nə vaxtdağıdıblar. Dedi ki, 200 il əvvəl. O, tarixi dəqiq dedi, mənim yadımda qalmadı.

Dedim:

-Yaxşı, indi ki türklər yoxdu, bu monastır niyəp..-püsürüyün içindədi. Divarlar sökülüb-tökülüb, şüşələr qırıq-qırıq, bunu təmiretməyə mədəniyyətiniz çatmır? Və bir də birbelə adamı bura yığıb gətirib türklərə nifrət aşılayırsız?!

Çoxəsəbləşmişdim. Və sonra dedim:

-İnşallah, türklər üçüncü dəfə buranı eləyandırarlar ki, izi-tozu da qalmaz ki, kimlərisəbir də bura gətirib türklərin barbarlığı ilə bağlı nə isə göstərə biləsiniz.

Hamıdonmuşdu, türk arkadaşlarımız da. Və mənçıxdım kilsədən. Getdim siqaret çəkməyə.Bir azdan hamı çıxdı. Nümayəndələrin içindəbeş alman millət vəkili də vardı. Onlar gülə-gülə mənə yaxınlaşıb alman dilində nəsə dedilər. Mən də alman dilinielə ingilis dili kimi bilirəm, ingilis dilini də, ümumiyyətlə, bilmirəm.

İlhanKesici onların dediyini tərcümə elədi. Deyirlər ki, türklərin əleyhinə bir söz dedilər əsəblərinisaxlaya bilmədin, bəs onda biz nə edək? Hara gedirik, haranısa göstərib deyirlərki, buranı almanlar dağıdıb, bu məzarlıqlarıalmanlar salıb, bu muzeyi almanlar yandırıb.

Nəisə, monastırın yanındakı çayxanaya getdik, almanlar da bizlə oturdu. Dəfələrlə xaricdə olanda bunu müşahidə etmişəm,türklərlə almanlar çox səmimidilər, dostdular. Hər hansı bir Türkiyə problemindədə türklərin sözünü deyirlər. İndi niyə Almaniyayla Türkiyə az qala savaş həddindədi…məndən də yaxşı bilirsiniz.

Əsəbi,dilxor oturmuşam, birdən İlhan Kesici yenəAzərbaycan musiqisindən söz saldı və yenədedi:

-Azəri kardeşlərimiz çox gözəl saz çalırlar,amma savaşa bilmirlər.

Artıqboğaza yığılmışdım, bir tərəfdən də keşiş hövsələdən çıxarmışdı. Dedim:

-İlhan bəy, bizdə bir məsəl var: At, bu bir, at, bu iki, at , bu üç.

İndisiz bir dəfə at, bu biri elədiz, dinmədim. Sonra at, bu ikini etdiz, yenə dinmədim.İndi də at, bu üç oldu. İndi İlhan bəy, qulaq asın, at, bu bir…

(Ardı gələn nömrədə)


TƏQVİM / ARXİV