adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2017 00:45
23116
MƏDƏNİYYƏT
A- A+

XATİRƏSİ ƏZİZ ATA

Hötenin sözüdür: "Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz". Şərqin fəxri, dahi İbn Sina isə deyirdi ki, "atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin". Bu iki kəlamın böyük mənasını atasına hörmət-izzətlə yanaşan, onun xatirəsini daim uca tutan övladları görüncə bir daha anlayır, dərk edirsən.
Əbədiyyətə qovuşmuş Elmar Dəmirov da iki övladının, üç nəvəsinin, bir sözlə ailəsinin nəzərində dünyanın ən yaxı atalarındandır. Ailəsinin, yaxınlarının sevgisini qazanan insanlar həm də ona görə qiymətlidirlər ki, onlar insanlara sevməyi, böyüyə-kiçiyə məhəbbət göstərməyi aşılayırlar. Elə buna görə də bu cür atalar, valideynlər bütövlükdə cəmiyyət tərəfindən də həmişə hörmət-itzzətlə xatırlanmalıdırlar. Əslində yaxşı övlad böyüdən valideynlərə cəmiyyətin rəğbəti həmişə böyük olur. "Halal olsun, gör, necə övladlar tərbiyə edib" kimi sözləri az eşitməmişik ki! Və bu sözlərdən Elmar Dəmirova (Allah o dünyasını versin) da, onun boya-başa çatdırdığı övladlarına da böyük pay düşür. Niyə də böyük pay düşməsin ki?! Görün, onun övladları söhbətlərində atalarından yaxşı mənada necə də yana-yana söz açırlar: "...Həyata gəldiyim andan ilk vüqarım, qəlbimdə sönməz atəşim mən həyatda var olduqca döyünən ürəyimsən, uca dağlarımın zirvəsi, qəlbimin günəşisən, Ata!". Bu, Elmar müəllimin qızı Nigar xanımın qəlbindən süzülən və dinlədikcə, oxuduqca da səmimiliyinə heç kəsdə zərrə qədər də şübhə yaratmayan kəlmələr, sözlərdir.
Müəllimə atası haqqında fikirlərinə bu sözlərlə yekun vurur: "Neçə müddətdir gülüşündən, səsindən, qayğılı baxışından, narahat ürəyindən uzağam, canım atam! İndi həyatda, reallıqda bir atasız, xəyallarımda isə daim atalı bir dünyam var. Sən bizimlə olmasan da, canım atam, sən məndə, ürəyimdə, ruhumda yaşayırsan! Sənə olan sevgini izah etməyə sözüm yetməz. Ata, sən başımızın tacı, gözümüzün nuru, fəxrimiz, dayağımızsan!". Bu sözlər ataya olan sonsuz övlad məhəbbətinin diktəsindən doğan kəlmələrdir. Bu kəlmələrin hərarəti ona görə böyük, ruhu ona görə daim təzədir ki, o, həqiqi sevgini, ataya olan gerçək məhəbbəti izhar edir. Bu məqamda bir dahiyanə fikir necə də yerinə düşür: "Hər gediş bir ayrılıq deyil.. Çünki bəzən nə qədər uzağa gedirsən get, ürəyin həmişə qoyduğun yerdədir".

MAYİS YANARDAĞ,
publisist