adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SAMUXUN BUGÜNKÜ MƏNZƏRƏLƏRİ

4764 | 2017-10-24 00:14
Ölkəmizin sosial həyatında özünəməxsus yeri olan Samux rayonu son illər iqtisadi baxımdan daha da inkişaf etmiş, sosial mənzərəsi daha da diqqətçəkən olmuşdur. Rayonda aparılan abadlıq-quruculuq işləri, eləcə də gerçəkləşdirilən layihələr Samuxun bir yaşayış məskəni kimi görkəmini xeyli dəyişibdi. Bu bölgəyə səfər edən hər kəs öncəki illərlə müqayisəli araşdırma aparsa, onda bizim yazdıqlarımızın şahidinə çevrilə bilər. Yəni reallıq birmənalı şəkildə göstərir ki, Samux şəhəri və onun kəndləri bu gün inkişaf reysləri üzərindədi. Yəni burda həyat artıq hər gün yeniləşən bir növraqı nümayiş etdirir.
Cari ilin Samux üçün gətirdiyi uğurları nəzərdən keçirərkən tanış olduğumuz məqamlar həqiqətən ürəkaçan oldu. Belə ki, rayon icra hakimiyyəti başçısı aparatından əldə etdiyimiz sənədlərdə göstərilmişdir ki, 2017-ci ilin birinci yarısında rayonda iqtisadi baxımdan uğurlar davam etdirilmişdir. Həmin uğurların fonunda tikinti-quruculuq və abadlıq işləri daha çox diqqəti çəkmişdir. Həmin sahələrə yönəldilən qayğının nəticəsi olaraq Samuxun bir şəhər kimi görkəmində ciddi yeniliklər baş vermiş, küçə və yolların abadlaşdırılması, yaşıllıqların artırılması, eləcə də sosial obyektlərin tikintisi müasir arxitekturanın tətbiqilə ümumi mənzərəni daha da rəngarəng etmişdi.
Bəli, bu gün Samux rayonunda təkcə statistik rəqəmlərə diqqət yetirsək, onda məlum olar ki. cari ilin 6 ayı ərzində rayonun ümumməhsul buraxılışının həcmi 59.9 milyon manat olumşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz çoxdu. Yəni ümumi məhsul buraxılışının həcmi artım tempi ilə inkişaf etdirilmişdi. Eyni zamanda, barəsində fikir bildirdiyiimz dövr ərzində Samuxda sənaye məhsulunun həcmi də 17,1 faiz artaraq 3,3 milyon manat təşkil etmişdir.
Yeri gəlmişkən, xatırladaq ki, respublikanın digər kənd təsərrüfatı rayonları kimi, Samuxda da sahə üzrə artım müşahidə olunur. Əgər rəqəmlərə fikir versək, onda görərik ki, cari ilin 6 ayı ərzində Samuxda kənd təsərrüfatı məhsullarının həcmi 12 faiz artaraq 29,7 milyon manat təşkil etmişdir ki, bunun özü də rayonun iqtisadi, sosial həyatındakı irəliləmələri göstərən konkret bir faktdır. Bölgənin iqtisadi potensiallı rayonlarından biri kimi Samuxda da Azərbaycan üçün önəmli olan sahələrin demək olar ki, əksər qismi inkişaf etdirilməkdədir. Fikrimizi bir az genişləndirsək, onda deyə bilərik ki, bu gün Samux rayonunda kənd təsərrüfatı, sənaye, eləcə də bu sahələrə daxil olan tikinti və həyatımızın ayrılmaz tərkib hisəsi olan mədəniyyət, səhiyyə, idman sahələri də planlı şəkildə inkişaf etdirilməkdədir. Bu da onu göstərir ki, rayon rəhbərliyi, eləcə də rayon icra hakmiyyəti başçısı planlı şəkildə Samuxun keçmiş adət-ənənələri ilə yanaşı, bugünkü həyat gerçəkliklərini birləşdirərək müasir Samuxun mənzərəsini yaradırlar.
Dediklərimizi gerçəklik kimi izləmək üçün tikilən binalara, sosial obyektlərə, çəkilən yollara, salınmış parklara diqqət yetirmək yəqin ki, kifayət edər. Əgər biz məsələnin konkret ünvanlarına üz tutsaq, onda görərik ki, Samux şəhərinin Kür, Elçin məmmədov və Arif Nəbiyev küçələrində aparılan təmir-bərpa işləri, Qarayeri qəsəbəsində 8 mənzilli binanın tikintisi, Samux şəhərinin mərkəzində 16 mənzilli ikimərtəbəli binanın tikintisi, eləcə də Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux yolunun tikintisinin başa çatması elə həmin yolun üzərində olan gəncə çayının üstündə salınmış 63.3 metrlik iki aşırımlıq körpünün inşası da bizim öncədən söylədiyimiz inkişafın nümunəsidir.
Ümumiyyətlə, bu gün Samuxda təkcə rayon mərkəzində, yəni Samux şəhərində deyil, onun ətrafında da, kəndlərində də sosial həyata böyük diqqət yetirilir. Məhz bu səbəbdəndir ki, rayon mərkəzindən bütün istiqamətlərə yolların təmiri, bərpası işləri uğurlar davam etdirildi. Bu da sakinlərin təbii ki, rahatlığına hesablanmış bir xidmətdir.
Onu da qeyd etmək lazımıdr ki, ölkəmizin digər güşələrində olduğu kimi, Samuxda da sahibkarlığın inkişaf etdirilməsinə, fərdi təsərrüfatların perspektivinin artmasına rayon rəhbərliyi diqqətlə yanaşır. Əgər konkret faktlara istinad etmək istəsək, onda deyə bilirik ki, hal-hazırda Samuxda "AQRODAİYR" MMC, "Bozdağ" heyvandarlıq kompleksi, "Ulduz-2011" MMC, "Qarabağ Regional MKT" MMC, "Region Aqro" MMC uğurla nkişaf etdirilir. Məhz adlarını çəkdiyimiz bu fəaliyyət sahələri Samuxda sahibkarlığın inkişafının bariz nümunələrindən biridir. O da məlumdur ki, bu gün Samuxda ümumi sahəsi 62 hektara yaxın olan ərazidə 200-dən çox istixana qurulmuşdur ki, burada bütün mövsümlərdə tərəvəz yetişdirilməsi üçün uğurla çalışırlar. Yəni bu istixanalarda 5000 tondan çox faraş tərəvəz, yəni pomidor-xiyar yetişdirilir ki, olnun da çox böyük hissəsi MDB ölkələrinə ixrac edilir. Təbii ki, kənd təsərrüfatının, yəni əkin sahələrinin inkşafında önəmli olan bir məqam da sahələrin su ilə təmin edilməsidir. Bu məqsədlə də rayonda zəruri olan bütün addımlar atılır. Həm də insanların elektrik enerjisinə, qaza, rabitəyə olan tələbatları da uğurla ödənilir. Yəni bu sahələr birbaşa nəzarətdə saxalanılır ki, insanların həyati məsələlərinin həllində heç bir problem yaranmasın.
Son olaraq onu da xatırladaq ki, bu gün Samux sakinləri onlar üçün yaradılmış işgüzar mühitin həm iştirakçıları, həm də şahidləridilər. Yəni insanlar öz təsərrrüfatlarını istədikləri kimi qurur, onların övladları müasir təhsil ocaqlarında oxuyur, sağlamlıqlarının keşiyində bacarıqlı həkimlər dayanır, istirahətləri üçün isə normal şərait yaradılır. Bu da ölkə Prezidentinin rayon pəhbərliyi qarşısında qoyduğu vəzifənin icra edilməsi deməkdir. Yəni Samux rayon icra hakimiyyəti başçısı öz komandası ilə birlikdə Azərbaycanın bir güşəsi olan Samuxda uğurlu inkişafa rəhbərlik edir.

TƏQVİM / ARXİV