adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Oktyabr 2017 00:03
47304
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı babat vurub qatarnan Biləcəridən Qazağa getmək istəyir. Vaqona minəndə görür ki, boş yer yoxdu. "Onsuz da səni tapajam" - deyə-deyə başlayır kupeləri gəzməyə. Sərnişinlərdən biri soruşur ki, "nə axtarırsınız?
Vəli:
- İlan sumkamdan çıxıb qaçıb, onu axtareyram.
Bunu eşidən sərnişinlərin hamısı qorxusundan vaqondan düşüb qaçır. Vəli rahatca uzanıb yatır. Səhəri gün ayılıb görür vaqon dayanıb, bələdçidən soruşur:
- Xanım Qazağa çatmışıqmı?
Bələdçi xanım:
-Nə çatmışıq ey, dünən bir kefli kişinin sumkasından ilan qaçıb, vaqonu qatardan açıb Biləcəridə saxlayıblar, hələ də ilanı axtarırlar.