Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Keçmiş MTN polkovnikinin cəzası azaldılıb Adalet.az | Keçmiş MTN polkovnikinin cəzası azaldılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Keçmiş MTN polkovnikinin cəzası azaldılıb

43202    |   2017-10-23 17:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M. Əsgərov çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini deyib. M. Əsgərov zərərçəkmiş V. Əzizova qarşı yalnız verilən göstərişləri icra etdiyini deyib: "Vidadi Əzizov ona qarşı silahlı basqın təşkil edildiyini yalan deyir. Onun işi ilə bağlı hər şey sənədlər əsasında aparılıb və mən bunları istintaq orqanına təqdim etmişəm. Zərərçəkmiş mənə qarşı 193 min manatlıq mülki iddia qaldırıb. Hansı halda? Bu mülklər mənim yaxınlarımındır və bunlardan da mənə yalnız 25 faiz düşür. Mən xahiş edəcəm ki, məhkəmə müəyyən hissədə qapalı olsun və mən sənədləri məhkəməyə təqdim edim".

M. Əsgərov məhkəmədənbarəsində ədalətli qərar çıxarılmasınıxahiş edib.

Daha sonra zərərçəkmiş V. Əzizovun nümayəndəsi mülki iddia ilə bağlı sənədi məhkəməyə təqdim edib.

Bu zaman M. Əsgərov yerindən danışaraq, zərərçəkmişin nümayəndəsinə etiraz edib.

Hakim M. Əsgərova xəbərdarlıq edib və onu yerindən danışmamağa çağırıb.

Sonra prokuror çıxış edib və o, M. Əsgərov barəsində şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra qərar elan olunub. Məhkəmə M. Əsgərovun şikayətini qismən təmin edib, onun cəzası 3 ilə endirilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Əsgərov ‪1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O‪na qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq.

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.




İmza:

“Adıma 23 milyon kredit götürülüb” - Cahangir Hacıyevin məhkəməsi

Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq vaxt məlum oldu

Məhəmməd Məmmədovun məhkumluğu ləğv edildi

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

Babasının ov tüfəngini götürdü... - Nişanlısını öldürdü, anasını yaraladı

Ramin Hacılının həbs müddəti artırıldı - Qərar

Abort zamanı ölən qadınla bağlı cinayət işi açıldı

“Nikoylbank”ın vəzifəli əməkdaşları həbs edildi

Qatar qəzasında saxlanılan dispetçerin həbs müddəti uzadıldı

Əfv Komissiyasında artıq 200-ə yaxın müraciətə baxıldı

Cahangir Hacıyevin bacanağı məhkəmədə ifadə verdi

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam

SON XƏBƏRLƏR
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
- Niyə gecikdin?
- Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
- Nə?
- Yazılmışdı ki, qabaqda məktəb var, yavaş gedin.




digər lətifələr
ARXİV
FACEBOOK