adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Oktyabr 2017 13:24
16285
SİYASƏT
A- A+

UNAL ÇEVİKÖZ LOM UDUB

Türkiyənin Azərbaycandakı gəlib-gedən və gələn bütün səfirləri həmişə ikiqat diqqət görüb. Biri protokol gərəyi bütün başqa ölkələrin səfirlərinə olan diqqət, ikincisi isə xalqın sevgisi və diqqəti. Məsələn, o gün hazırda qardaş ölkənin Moldovoda səfiri olan Hulusi Kılıc Bakıya gəlmişdi. Camaat yazığı o qədər sevinclə bağrına basdı ki, sıxıb suyunu çıxartdılar. Yəni belə bir hörmət qazanmışdı.

Azərbaycanda Unal Çeviköz adlı bir səfir də olmuşdu. İndi mətbuata açıqlamalar verir ki, Türkiyə Ermənistanla siyasi və iqtisadi münasibətləri qurmalıdı. Nədənsə bu diplomat unudur ki, Ermənistanın ən böyük davası Türkiyə ilədi və Ankaraya qədər bütün ərazilərə iddialıdır, xəritələrində də bu əraziləri Ermənistana daxil ediblər. Nə isə…

Unal Çeviköz yeganə Türkiyə səfiridi ki, o qədər də sevilmədi. Bəzən özünü səfir kimi yox, Polyaniçko kimi aparırdı.

Ağdamda belə özündən razı, hamıya yuxarıdan aşağıya baxan, salamı şeyinin, yəni əlinin ucu ilə verən adamlar haqqında deyirdilər ki, elə bil lom udub.

Unal Çeviköz də lom udub, ondan inciməyə dəyməz.