MAHİR RÜSTƏMLİNİ TƏBRİK EDİRİK
«Futbol+» qəzetinin 20 yaşı tamam olur. İdman jurnalistikasının inkişafında bu qəzetin xüsusi yeri var. Qəzet həm Azərbaycan futbolunun, həm də dünya futbolunun işıqlandırılmasında və oyunların təhlilində çox mühüm rol oynayır. «Futbol+» vaxtilə Sovetlər dönəminin ən məşhur həftəlik nəşri olan «Futbol-xokkey» qəzetini xatırladır. Futbol həvəskarlarının, eləcə də mənim ən sevimli qəzetimdi.
Mahir Rüstəmli başda olmaqla qəzetin kollektivini təbrik edirik, uğurlar arzulayırıq. Və bir də arzulayıram ki, istiotunu bir az da çox eləsin.