adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Oktyabr 2017 13:18
10702
İDMAN
A- A+

«KƏPƏZ» «NEFTÇİ» OYUNU MƏNİ KÖVRƏLTDİ

Ağdamın Ağdam vaxtı məktəblərarası futbol çempionatı keçirilərdi. Bura peşə məktəbləri də daxil idi. Komandaların sayı Azərbaycanın çempionatındakı komandaların sayından iki dəfə çox idi. Adətən də çempionluq uğrunda 1 və 2 saylı məktəblərin arasında yarış gedərdi. Mən də 2 nömrəlidə oxuyurdum. Onu da qeyd edim ki, «Qarabağ» komandasının oyunçularını da əsasən bu məktəbin məzunları təşkil edirdi. Bütün oyunlar məktəblərin öz stadionunda keçirildiyi halda, bu iki komandanın yarışı mərkəzi stadionda – «İmarət»də keçirilirdi. Bu oyuna təkcə məktəblilər deyil, rayon camaatı da gəlirdi. Komandalarda əsasən 9-10-cu sinfin şagirdləri oynayırdı. Mən də öz məktəbimizin komandasının qapıçısı kimi düz 2 il «zolotoy zapaz»da oturmuşam.

«Kəpəz» və «Neftçi»nin oyununa baxdım, yadıma 1 nömrəli və 2 nömrəlinin 9-10-cu sinif şagirdlərinin oyunu düşdü, çox kövrəldim.