adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Oktyabr 2017 12:56
13013
MƏMLƏKƏT
A- A+

Nazir şikayətləri dinləmək üçün Masallıya gedir

Kənd təsərrüfatı naziri Heydər Əsədov 27 oktyabr 2017-ci il tarixində, saat 11:00 da Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

Adalet.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) vəMasallı Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.