adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Oktyabr 2017 11:58
11931
İDMAN
A- A+

İlin ən yaxşıları bu gün məlum olacaq

Bu gün İngiltərənin paytaxtı Londonda FİFA ilin ən yaxşılarını mükafatlandıracaq.

Adalet.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

2017-ci ilin ən yaxşı kişi futbolçusu adı uğrundaKriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messi ("Barselona”, İspaniya) və Neymar (PSJ, Fransa)yarışır.

İlin ən yaxşı baş məşqçisi adına isəZinəddin Zidan ("Real Madrid”, İspaniya) Antonio Konte ("Çelsi”, İngiltərə) və Massimiliano Alleqri ("Yuventus”, İtaliya)iddialıdır.

Ən yaxşı qapıçı adına namizədlər isə bunlardır:Canluici Buffon ("Yuventus”, İtaliya), Keylor Navas ("Real Madrid”, İspaniya), Manuel Noyer ("Bavariya”, Almaniya).

Bundan başqa, ilin ən yaxşı qadın futbolçusu və azarkeşləri də seçiləcək.

Qeyd edək ki, qalib, millilərin məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlərin səsverməsinə əsasən müəyyənləşir.