adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Oktyabr 2017 15:31
26615
MƏDƏNİYYƏT
A- A+

Pulsuzluqdan evinə piyada gedən müdir…

300-ə yaxın filmdə oynayaraq dünya ölçəyində bir rekorda imza atan, "Yeşilçam”ın uzun bığlı, atacanlı, sevimli aktyoru Hulusi Kentmen belə deyirdi: "İllərcə həmişə varlı, fabrika sahibi ata rolunu oynadım. İşin ən təsirli qismi isə bütün gün varlı ata rolunu oynayıb çəkiliş başa çatanda evə getmək üçün soyuqda, döngədəki dayanacaqda avtobus gözləməyim olmuşdu...”


Ən sevilən aktyor

"Yeşilçam” filmlərinin sevimli aktyoru Hulusi Kentmeni bir çox filmdə ata və baba rolunda izlədik. Filmlərində varlı, fabrika sahibi ancaq mərhəmətli obraz kimi yaddaşımızda iz qoydu. Bəlkə də bir çoxumuz izləyərkən o cür bir atamız yaxud da babamız olsa deyə köks ötürmüşük. Yaratdığı obrazın uzun bığları, şən qəhqəhələri, gülən üzü, zəhlətökən halları ilə oynadığı hər rola oturan Hulusi Kentmen "Yeşilçam” filmlərinin ən sevilən aktyorlarından biri oldu. Həm komediya, həm də drama uyğundur, ancaq pis adam rolunu oynaya bilməz.

1912-ci ildə Bolqarıstanın Tırnova şəhərində dünyaya göz açar Hulusi Kentmen. Balkan Müharibəsi başladığında oradan qaçaraq İstanbula gələrlər. Məktəbə İstanbulda başlayar, sonra isə İzmitə yerləşərlər.


Teatr və dəniz sevgisi 

Məktəb illərində teatra marağı olur. Gələcəkdə türk kinosunun unudulmaz aktyorlarından olan Atıf Kaptan da eyni məktəbdə, yuxarı siniflərdədir. İzmit Akçakoca Məktəbində oxuyan gələcəyin aktyorları dərslərində də uğurlu, bacarıqlıdırlar. Məktəbin teatr səhnəsi də vardı. Atıf Kaptan teatr qolundadır və pyeslərin səhnələşməsinə liderlik edər. Hulusi Kentmen də bir neçə dəfə səhnəyə çıxar. Səhnə tozu udmuş, artıq teatr virusu yoluxmuşdur. İzmitdə körfəzdə yaşayan aktyorun başqa maraqları da vardı. Məktəbin bağçasından hər baxdıqlarında dənizi və Yavuz körfəzini görürlərmiş. Tələbələrin çoxsu dənizçi olmaq istəyir.


34 ilin dənizçisi...

Hulusi Kentmenin dəniz sevgisi İzmitdə, körfəzə yaxın yerdə qaldıqları yerdən gəlirdi. Atasının qayığı vardı, birlikdə balığa çıxardılar. Dəniz və yosun qoxusuna bağlıdır. O da dostları kimi dənizçi olmaq istəyir. Orta təhsil aldığı illərdə İstanbula gedib dəniz astsubay məktəbində oxumağa başlayar. Bir arzusunu gərçəkləşdirmişdir, dənizçi olmuşdu: 34 il dənizçi olar...

İstanbulda vəzifəli olduğu yay işinin erkən bitməsini fürsət bilib "Halkevləri”ndəki teatr nümayişlərini təqib etdi. Bir tərəfdən də səhnəyə həsrət duyurdu. Məşq zamanı aktyorlardan birinin xəstələnməsi onun yolunu açır. Bundan sonra teatr həyatı başladı. Artıq gündüzləri astsubay, gecələri isə aktyorluqla məşğul olurdu...


Aktyorluğunu gizlədirdi

Bu vəziyyətin gizli qalıdğını sansa da, komandiri bu işdən agah idi. Bir dövlət vəzifəlisi üçün etdiyi iş olduqca təhlükləydi. Komandirinə yaxalandığı gecəni belə danışır: "Bir gecə təmsilin başlamasına bir neçə dəqiqə qala komandirimin də tamaşaçılar olan yerdə olduğunu bildirdilər. Səhnəyə çıxa bilmədim. Məni tanıyarsa vəziyyətim necə olardı. Tanınmaz halda makyaj et dedilər. Nə edərsəm edim tanınacağımı bilirdim. Dostlarımın bütün israrlarına rəğmən o gecə təmsildə oynamadım, mənim yerimə başqası oynadı. Mənim bütün qorxum komandir mənim teatrda oynamağıma mane olar düşüncəsi idi, halbuki sonradan öyrəndiyimə görə o xüsusilə aktyorluğumu seyr etmək üçün tamaşaya gəlmişdi. Təbii buna çox üzüldüm amma iş-işdən keçmişdi.”


Evə pulsuz gedən müdir

"Hulusi Kentmen yenə müdir, iş adamı rolunu oynadığı bir filmin çəkilişləri vardır. Kentmen böyük bir ustalıqla rolun öhdəsindən gələr. Sonra çəkiliş başa çatar, film heyətindəki hər kəs Hulusi Kentmeni orda buraxıb maşınlarına minib gedərlər. Halbuki Kentmenin cibində avtobus pulu belə yoxdur. Təbii o da İstanbulun bir ucundan digər ucuna piyada getmək məcburiiyətində qalar.”

Türk Kinosunda bir dönəmə xarakterik aktyor olaraq imza atan Hulusi Kentmen saysız filmdə aktyor ya da aktrisanın yanında gördük. Kimi zaman qorxulan, kimi zaman huysuz, kimi zamanda hər şeyə hakim, bütün oyunları pozan adam oldu. Pərdə onu sevdi, o da pərdənin haqqını verdi. Yaşlı çinar 81 yaşında dünyadan köçdü.