adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2017 10:24
3366
HADİSƏ
A- A+

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü

Beyləqan rayonunda ruhi əsəb xəstəsi özünü asıb.

Trend-in məlumatına görə, rayon sakini 1991-ci il təvəllüdlü Cabbarlı Müşfiq Etibar oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Ailə üzvlərinin verdiyi məlumata görə, M.Cabbarlı ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş və həmin xəstəliklə bağlı uzun müddət müalicə alıb.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.