adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2017 17:37
15828
SİYASƏT
A- A+

Ankaradan Kreml etirafı: Nail ola bilməmişik

Rusiya və Türkiyə bir sıra strateji layihəni, xüsusilə müdafiə sənayesi və enerji sahəsində birgə həyata keçirə bilər.

Bunu Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.

Onun sözlərinə görə, ölkələr arasında yaxşı münasibətlərin olmasına baxmayaraq, ikitərəfli əməkdaşlığın inkişafına mane olan müəyyən bürokratik məsələlər də var:

"Biz bizi irəli hərəkət etməyə icazə verməyən bir sıra sanksiyalar, qadağalar, bürokratik qaydaları dəf etməyə çalışırıq. Biz bu məsələlərin həllini sürətləndirməliyik. Təəssüflə qeyd edirəm ki, indiyədək bu istiqamətdə məqsədimizə nail ola bilməmişik. Bir neçə il əvvəl baş verən hadisələr hələ də bu qadağaların kənarına çıxmağa imkan vermir".