adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2017 13:41
15100
MƏMLƏKƏT
A- A+

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - TƏSDİQLƏNDİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində Bakı küçələrində hərəkət edən "Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlıavtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib.

Adalet.az xəbər verir ki, bunu"Report”un sorğusuna cavab olaraqidarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, həminavtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib:

"Araşdırma nəticəsində məlum oldu ki, "Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakıavtosalonların birindənalıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. Üzərində Ermənistan bayrağı olanavtomobilin Azərbaycana necə gəldiyi məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını dedi”.

V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumlarıməsələ ilə bağlıaraşdırma aparır.