adalet.az header logo
  • Bakı 19°C
21 Oktyabr 2017 11:19
11389
GÜNDƏM
A- A+

Bu qurumlar xidməti maşınlardan məhrum edildi

Azərbaycanın bir sıra dövlət qurumlarının xidməti maşınlardan istifadəsinə xitam verilib.

Reportxəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.

Sənəddə Milli Arxiv İdarəsi, "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələri nəzərdə tutulur və onların ixtiyarında 7 ədəd xidməti maşını var.