adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Oktyabr 2017 00:21
9846
GÜNDƏM
A- A+

MÜASİR MULTİKULTURALİZM HAQQINDA

Etiraf etmək lazımdır ki, multikulturalizm təkcə mədəni sahələri deyil, həmçinin müasir dünyanın siyasi həyatını da əhatə edir və bununla da o, ölkənin çoxsaylı mədəni həyatı ilə yanaşı, onun əhatəli dövlət siyasətinin inkişafında da mühüm rol oynayır.
Multikulturalizm həmişə bizim regionun xarakterinə uyğun olsa da, demək olmaz ki, Qafqazın çoxsaylı xalqları həmişə bir-birilə sülh şəraitində yaşayıb. Amma o da maraqlıdır ki, siyasi və yaxud etnik münaqişələr bizim regionda multikulturalizmin inkişafına mane ola bilməyib.
Sevindirici haldır ki, multikultrializm bu gün də aktuallağını itirmir, əksinə, bu gün inkişaf etmiş müasir dünyanın əsas ölçülərinə çevrilib. Baxmayaraq ki, o həm də bir tərəfdən də müasir dünyada bir çox problemlərin yaranmasına səbəb olur. Məhz bu baxımdan yanaşanda əminliklə söyləmək olar ki, azərbaycanlı alim, hüquq elmləri doktoru, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Şirxan Adıgözəlovun "Multikulturalizm - beynəlxalq təcrübə və Azərbaycan modeli" vaxtında işıq üzü görmüş elmi əsər kimi qiymətləndirilir.
Şirxan Adıgözəlov təcrübəli və yüksək səviyyəli hüquqşünas kimi dünya görüşü və praktiki fəaliyyəti baxımından multikulturalizmin həm bütün dünyada, həm bizim regionda, həm də konkret olaraq Azərbaycanda yerini və əhəmiyyətini göstərə bilib.
Bu əsər müəllifə məxsus ardıcıllıqla, məntiqi düşüncələriylə addım-addım multikulturalizmin tarixini, inkişafını və müasirliyini aydın şəkildə işıqlandırır. Bu ona görə vacibdir ki, Azərbaycanda erməni mədəni abidələri qorunur, minlərlə erməni əsilli vətəndaşları azad gəzir ki, onların da içərisində Ermənistanın yüksək vəzifəli xadimlərinin də qohumları da az deyil.
Şirxan Adıgözəlov multikulturalizmin ümumi mənzərəsini konkret misallarla və faktlarla ortaya qoymaqla apardığı analizlərlə böyük əminlik yaradır. Müasir ərəb dünyası ilə Avropa ilk baxışda bir-birindən fərqli multikulturalizmə malikdir. Əslində isə bu maddi dəyərlər bir-biri ilə sıx bağlıdır. Bir tərəfdən məcburi maddi bağlılıq və ərəb xalqlarının inanca bağlılığı, düşüncəsiz günahkar axtarışların və digər tərəfdən Qərbin "hazırlanmış" günahkarları tapması, Avropanın ikili standartla yanaşması Fransa və İtaliyada baş örtüklərinin qadağan edilməsi, İsveçrədə məscidlərin tikintisinə icazə verilməməsi özlərinin elan etdiyi demokratiyanı və multikulturalizmin əsaslarını dağıdır. Bu da ekstrimist çıxışlar üçün münbit şərait yaradır. Yaranan kompleks problemlər isə Qərbi yalnış addım atmağa sövq edir, məsələnin mahiyyətini qiymətləndirmək əvəzinə problemlərin daha da çətinə salınmasına səbəb olur.
Multikulturalizm Azərbaycanda da böyük bir sahədir. Azərbaycan ənənəvi multikultrializm dövlətidir ki, burada əsrlər boyu müxtəlif xalqların nümayəndələri öz mədəni irslərini qoruyub saxlayır. Heç kim və heç zaman bu xalqları dini əqidələrinə görə, sıxışdırmayıb və bu gün də sıxışdırmır. Almaniyanın Azərbaycandakı fövqəladə səfiri cənab Klaus Qrevlik 2004-cü ildə çıxışlarının birində qeyd edib ki, "Azərbaycanda dinlərarası münasibət, tolerantlığın ən yüksək səviyyədə olması bu ölkənin sərvətidir. Azərbaycan modelini bütün dünyada tətbiq etmək lazımdır".
Multikulturalizmin əsaslarını ardıcıllıqla açmağa çalışan Şirxan Adıgözəlov ümummilli lider Heydər Əliyevin bu məsələdə rolunu xüsusi qeyd edir. On illər bundan əvvəl məhz Ulu Öndər deyirdi ki, milliyyətindən, dini mənsubiyyətindən, dərisinin rəngindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı vətənimiz üçün eyni dəyərlərə malikdir.
Məlumdur ki, Azərbaycan əhalisinin 96 faizi ənənəvi İslam dininə bağlıdır. Lakin heç vaxt digər dinlərin nümayəndələri bu ölkədə sıxışdırılmır. Bu barədə Roma papası II Pavel, Konistantinopol patriarxı I Vorfolomey öz çıxışlarında da xüsusi vurğulayıblar. Həmçinin Azərbaycan dini ekstremizmə qarşı qanunlar çərçivəsində mübarizə aparılır. Estremizmə qarşı ən yaxşı mübarizə təhsildi. Ölkə prezidenti cənab İlham Əliyev, I vitse prezident Mehriban xanım Əliyeva təhsilin inkişafı üçün bütün müasir metodların tətbiq olunmasına çalışırlar. Həmçinin aparılan ideoloji, iqtisadi, adminstrativ mübarizə metodları da radikalizmə qarşı mübarizədə mühüm rol oynayır.
Şirxan Adıgözəlovun kitabı bu yaxınlarda gürcü dilinə də tərcümə edilib. Düşünürük ki, bu əsər gürcü dilində də marağa səbəb olacaq. Gürcüstan qədim multikultrializm ənənələrinə sahib olan bir ölkədir. Odur ki, qonşunun bu sahədəki nailiyyətləri gürcü oxucuları üçün də maraqlı olacaq.
İnanmaq istəyirik ki, Şirxan Adıgözəlov yenə də yaradıcılığını davam etdirəcək və bizlər də onun yeni əsərləri ilə tanış olmaq şərəfinə nail olacağıq.