ÜRƏYİN QÜRUB ÇAĞI

ƏBÜLFƏT MƏDƏTOĞLU
60997 | 2017-10-20 17:01

Ömür yolundannotlar


Həyat təkcə birdüzəngah, bir səhra, bir vadi, bir dağ, bir dərə, bir orman deyil... Həyat həmdə yoldu - "olum"dan başlayıb "ölüm"ə gedən yol! Bu yolunparamertlərini, düsturlarını, hətta naxışlarını belə öncədən görmək, öncədəngöz önünə gətirmək mümkün deyil, olsa-olsa onu xəyal etmək olar. Xəyalların dagerçəkləşməsi ancaq möcüzə sayılır. Ancaq möcüzə baş verəndə xəyallar gerçəkləşir.Doğrudur, indi elə bir zamanda, elə bir svilizasiya müstəvisində yaşayırıq ki,hər bir ixtira, hər bir yenilik dərhalköhnəlib möcüzəni kölgə altında qoyur. Amma bütün bunlara baxmayaraq, fərdiqaydada da olsa belə xəyalın gerçəkləşməsi elə fərdin özü üçün də möcüzədi. Mənmöcüzə olacaq xəyallardan çox-çox uzağam. Çünki yaşadığım, gördüyüm həyat vəbütövlükdə içində olduğum durumun özü mənə möcüzə gözləməyi təkcə unutdurmayıb,hətta qadağan edib. Mən də qanunasayğılı bir vətəndaş olduğumdan tərəddüdsüz gözümü çəkmişəm möcüzələrdən...

Hə, dediyimkimi, həyat həm də yol deməkdi. Mən barmaqhesabı olsa da, 1959-cu ilin yanvarayının 1-dən yol gəlirəm. Bildiyimə görə, bu yolun görünməyən 9 ayı da olub.Deyəsən elə təxmini düşüncələrə görə, ən maraqlısı da o 9 ay imiş. Çünki sonrakı yol boyu qarşılaşdıqlarım, rast gəldiklərim,məruz qaldıqlarım məndə elə assosiasiyalar yaradıb ki, hərdən onu ifadə etməyəsöz tapmıram. Tapıram ey, amma o sözükağıza yazmaq mümkün olmur. Heç dillə deməklə də. Onu ancaq gərək çox iti birsürətlə ağlından keçirəsən. Yəqin təxmin etdiniz hansı ifadələrdən danışdığımı.Etmədinizsə, bu daha yaxşı. Mən isə...

Hər gün eynissenaridi; səhərin gözü açılır, əl-üzünə bir ovuc su çırpıb tələsirsənişinin-gücünün dalınca. Bu tələsmənin iki səbəbi var: biri məsuliyyətdi, o biridə evdən, evin qayğılarından baş götürüb qaçmaq. Çünki ləngiyəndə evadamlarının qayğıları bir-bir səslənəcək, ehtiyaclar bir-bir dilə gətiriləcək.Və sonda da təbii ki, evin kişisi pərişan bir görkəmdə ya başını aşağı salıbçıxacaq, ya da əsəbi bir şəkildə qapını çırpıb gedəcək. Bax, bu məqamların başverməməsi üçün gözünün yuxusunu ovankimi üzünə bir ovuc su çırpıb evi tərk etmək daha məqsədəuyğundur. Şəxsən mənneçə illərdir ki, belə də edirəm. Hətta hərdən uşaqlar mənə iradlarını dabildirirlər, özü də çılpaq şəkildə:

- Ata, bir az ləngi,ya da tez gəl üzünü görək!

Mən də onlaradivardakı şəklimi göstərirəm, "istədiyiniz qədər baxın" - deyirəm.Beləcə, ovuduram onları. Beləcə, özümü onların haqlı ittihamlarından mühafizəedirəm. Əslində bu mühafizə də deyil.Bu, özümün özümdən qaçmağım, gizlənməyim kimi bir şeydi. Amma hara qədərqaçacam. Nə vaxta qədər qaçacam. Bax, "oğulsansa, bu suallara cavabver!" - deyirəm hərdən özüm-özümə. Yəqin ki, sizlərdən də mənim kimi düşünənlər,mənim kimi sualdan qaçanlar var. Vəvarsa, deməli, mən tək deyiləm. Ona görə də təkliyə çəkilib üzümü göyətuturam və deyirəm:


Mən bitmiş, tükənmişadam

Göyə də, yerə dəyadam...

Sənə də çatmayansədam -

Qoy ölsün, içimdəmənim!


Tapındım sənəson din tək

Qapını döydüm, səs-üntək...

Dolandım başınagün tək -

Əridi gücüm də mənim...


Uzaq yox, yaxınolacaq

Mənsiz gün"ah"ın olacaq...

Bir az günahınolacaq -

Bu vaxtsızköçümdə mənim!

***

Hə, neçə gündüözümə yer tapa bilmirəm. Bunun da bir səbəbi elə yerin olmamasıdı və bunuağlıma gətirəndə də ağıllı vəzirin qəzəbli şaha verdiyi cavab yadıma düşür.Bilməyənlər üçün deyim ki, döyüş vaxtı şah göstəriş verir ki, toplardan atəşaçsınlar. Və başlayır gözləməyə. Gözləyir görür toplardan atəş açılmadı. Qəzəbləvəziri çağırır, cavab istəyir. Vəziyyətinçıxılmaz olduğunu görən vəzir özünəməxsus təmkinlə deyir:

- Şah sağ olsun,toplardan atəş açmamağımızın on səbəbi var.

Şahsoruşur:

-De görüm nə səbəbdi bunlar.

Vəzircavab verir:

-Şah sağ olsun, birincisi barıtımız yoxdu...

Şahdərhal onun sözünü kəsir:

-Bəsdir, qalan doqquzunu deməsən də olar.

Beləcə,vəzir ordu başçısını da, topçuları da, özünü də xilas edir və şaha da gerçəyidemiş olur. Təbii ki, onun qəzəbinə gəlmədən.İndi mən də həyatdakı dediyim o məqamları, yaşadığım o gərginlikləri,üz-üzə gəldiyim rəngi, cizgisi, ifadəsi, məlum olmayan sifətləri görə-görəayaqda qalmağa, yaşamağa çalışıram. Amma neyləyim ki, ayaqda qalıb yaşamaq üçünzəruri olan ən vacib on şərtdən doqquzu yoxdu. Bircəciyi var, o da mənim hələki, bir insan, bir vətəndaş kimi yaşamağımdı, mövcudluğumdu. Belə yerdə içimdəşam yandıran, mənə ümid işığı verən ancaq qrammatikanın qaydalarına uyğunolaraq ən böyük hərflərlə yazdığım, ifadə etdiyim DOSTdu. Məhz yıxılmaqdan məniqoruyan DOST! Mənim yükümü bölüşən, mənim fikrimə dayaq verən həmin DOST!

Ümumiyyətlə,mənim inancıma, mənim gəldiyim nəticəyə görə, heç nə elə-belə baş vermir və heçnə də heç kim tək arxasız, dayaqsız deyil. Mütləq nəyinsə arxasında nəsə var,kiminsə arxasında kimsə mövcuddu. Bu yerdə yadıma böyük Məmməd Arazın bir fikridüşür. Şair deyirdi ki, bu çətin yolu bir mərd qadınla keçdim! İndi mən dəöz-özümə düşünürəm ki, mən yaşadığım ömrü və bu ömrün ağ yolunu məhz həmin ogüvəndiyim dostla, həmin o ürəyimi tapşırdığım insanla və nəhayət, heç vaxt əlimiətəyindən üzmədiyim Allahımla keçib gəlmişəm... Ola bilsin ki, hardasa, nədəsə,nə vaxtsa büdrəməyim olub. Bunun dagünahı güvəndiklərimdə yox, özümdədi. Çünki mən hissə tez qapılır, xəyala dahaçox dalır və bir də hər sözə, hər səsə inanıb qapı açıram. Bunun da ağrısını çəkirəm.

Özüdə o qədər həssaslıqla, o qədər ağır bir formada çəkirəm ki, o sızıltı, o yarahəyatımdan ayrılıb getmir. Hətta bəzən ümidsizliyə də qapılıram. Və orda dadeyirəm ki:


Dahakimsə arzu etmir

Yordummən, hamını yordum...

Dərddə boğazımdan getmir -

Sordummən, tamını sordum...


Nəvarsa bəxtin özündə

İstədimyanam közümdə...

Sevdiyimqızın gözündə -

Mənsönən şamımı gördüm...


Buömrü axşam, ya səhər

Sonaçatdırın bir təhər...

Sinəmdəkidüyün, qəhər -

Vermədi,yamını gördüm!..

***

Bütünyazı boyu bir yol gəlirdim. Həyatdakı yolumun əks sədası ola biləcək, görüntülərini,yaşantılarını misralayan yol... Həmin yolda bir anlıq dayandım. Nəfəs almaqüçün, dincəlmək üçün yox, sadəcə ürəyimə qulaq asmaq üçün. Çünki son günlərinyaşantıları yenə kökdən salıb ürəyimi. Kökdən düşmüş ürəyin nə mizrabınıtapıram, nə də onu harda kökləyə biləcəyi nöqtəni. Ona görə də ürəyim köksüzsaz kimi yad səslər çıxarır. Və bu səslər dəbaşqaları kimi mənim özümə də xoş gəlmir. Deməli, mənim də xoşuma gəlməyənbu səsin hardasa sükuta çevrilməsi, hardasa daldalanması zərurəti yaranıb. Bu zərurətigerçəkləşdirmək mənim boynuma düşür. Amma neyləyim ki, mən çəkdiyim həyatyükünün mənə ayırdığı vəzifə borcundan vaxt tapa bilmirəm. Qopa bilmirəm ki, ürəyimionun səsinə kökləyim. Siz də sızıltılardan, adamı təngə gətirən bu qatmaqarışıqfikirlərdən canınızı qurtarasınız...

Deməli,əlimdəki qələmi ağ vərəqin ilk sətrinə tuşlayıb birinci hərfi, birinci sözü,birinci işarəni naxışlamaq istəyirəm. Və elə bilirəm ki, o ilk işartıyla hər şeyöz yoluna düşəcək. Necə ki, suyun dəhnəsini açırsan, su öz axarıyla gedir. Mənimyazmaq istədiyim də məhz belə olacaq. Amma görürəm ki, yox, mən ürəyi o qədərsıxmışam, sıxışdırmışam ki, artıq üzümə qayıdır, mənə etiraz etməyəbaşlayır. Mən də onu dilə tutmağaçalışıram.


Yorubsalmışam əldən

Halıyoxdu səslənə...

Sevdiyiqucaq açmır

Giriborda bəslənə -

Ürəyim...


Qaranlıqdaulayan

Küləyinsəsi kimi...

Özünəağı deyir

Özününkəsi kimi -

Ürəyim...


Ohalsız halımda da

Yenəyönü sənədi...

Sevənlərinolmadı -

Sevdiyimbir dənədi -

Ürəyim!

***

Belə,indi bütün yol boyu nə düşündüyümü, nəyazdığımı artıq təxmin etdiniz. Amma mənə elə gəlir ki, nə yazdıqlarım, nə dəsizin təxmin etdiyiniz hətta içimdə olanların, eləcə də gəldiyim yolun biranını ifadə etmək gücündə deyil. Budüşüncəni söz xatirinə dilə gətirmirəm. Çünki zamanın sürətilə mənim öz yolumlagetmək sürətim çox fərqlidi. Aralarında yerlə göy qədər məsafə var. Ona görə dəmənim uğurlu sayıb atdığım addım bir anın içərisində ya uğursuz olur, ya da gərəksiz.Bu da məni məcbur edir ki, hər an özümə, ürəyimə və bir də yoluma əlavə güc sərfedim, əlavə vaxt ayırım, əlavə diqqət yetirim. Bunların toplusu da məni heçolmasa sırada saxlasın. Mən də həmin o sıradan öz yoluma tərəf boylana bilim.Ya da o sıradan öz yolumda olmaq üçünistifadə edim...

Gördünüzmü, nə qədər ziddiyyətli, nə qədər qarmaqarışıqbir məqamdı. Ona görə də hərdən öz-özümə pıçıldamaq zorunda qalıram. Yəni özmisralarımla özüm özümə təsəlli verirəm. Deyirəm ki:


Mənim də günəşimolubdu yəqin

Mənimdə ulduzum hardasa qalıb...

Bəxtiminaçarın gətirən mələk -

Ulduzuitirib hardasa salıb...


Üzümdən-gözümdəntökülən kədər

Heçkimə xoş deyil bir damla qədər...

Demək,mən çəkirəm bu yükü hədər -

Ürəkborcu kimi boynuma alıb...


Anlamaqçətindi, amma gərəkdi

Dizimyer şumladı, əlim vər əkdi...

Gözününönündə ağ bir vərəqdi -

Yazarsansən məni xəyala dalıb...


Bəli,bütün bunlar mənim öz yolumdan bəhs edən bir yazının, bir mövzunun iynə ucuboyda hissəsidi. Amma demək istəyirəm ki, onun həcminin elə də önəmi yoxdur. Önəmliolan bu ömürdü, bu yoldu. Təəssüf ki, bu ömrün, bu yolun günəşi qüruba doğrugedir. Özü də Sənin - ürəyimin təsirilə...

TƏQVİM / ARXİV