adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Oktyabr 2017 16:29
21805
MARAQLI
A- A+

FİTVA: Qadınların ərlərinin telefonuna baxması haramdır

Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Trend-in məlumatına görə, tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu "təftiş etməsi" haramdır və qəbuledilməz addımdır.

A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib.

Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.