adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Oktyabr 2017 16:16
12627
İDMAN
A- A+

ATƏT-in FUTBOL ÜZRƏ FRANSALI HƏMSƏDRİ

«Qarabağ» - «Atletiko» matçının hakimi Ruddi Buke elə ATƏT-in fransalı həmsədri kimi özünü aparır. Fransalı həmsədr (təbii ki, söhbət Minsk trupundan gedir, q hərfinin yerinə t hərfini səhv yazmamışıq) Qarabağ problemində hansı mövqe tutursa, fransalı hakim də həmin mövqedən çıxış elədi.

Təkcə torpağımızı oğurlamırlar, musiqilərimizi oğurlamırlar, mətbəximizi oğurlamırlar, arzularımızı da oğurlayırlar, qələbələrimizi də. Beləcə, qələbəmizi günün günorta çağı oğurladılar.