adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Oktyabr 2017 17:15
19793
KRİMİNAL
A- A+

Telefon oğruları tutulub

Paytaxtda telefon oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ötən gün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə oktyabrın 5-də paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulub.