adalet.az header logo
  • Bakı 18°C
19 Oktyabr 2017 16:09
14281
İDMAN
A- A+

AFFA-nın I vitse-prezidenti: “Hakim “Atletiko”nun qapısına 11 metrlik cərimə verməli idi”

""Qarabağ” Futbol Klubu növbəti ilkə imza atdı. Avropanın elecə də dünyanın ən güclü futbol kulublarından biri sayılan Madridin "Atiletiko” komandası ilə oyunda "Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Çempionlar Liqasına çıxması ilə artıq Azərbaycanın futbol tarixinin ən uğurlu nəticəsini əldə edən "Qarabağ” eyni zamanda böyük siyasi uğur da qazandı.

"Artıq "Qarabağ” bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu yüz milyonlarla tamaşaçı qarşısında nümayiş etdirir. Bu ermənilərin Azərbaycana qarşı apardıqları çirkin təbliğat kampaniyasına tutarlı cavabdır.

Oyunu idarə edən hakimin "Atiletiko” nun qapısına 11 metrlik cərimə zərbəsi təyin etməməsi, üstəlik "Qarabağın” aparıcı hücumçusunun meydandan çıxarılması da futbolçularımızı ruhdan salmadı, onlar azlıqda qalmalarına baxmayaraq sona kimi əzmkar mübarizə apardılar.

"Qarabağ” bu oyunu ilə göstərdi ki, komanda düzgün yoldadır və onlar oyundan-oyuna öz oyunlarını təkminləşdirirərək Azərbaycan futbolunu dünyaya nümayiş etdirirlər. Bu uğurlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinə o cümlədən futbolun inkişafına göstərilən diqqət və qayğının nəticəsində əldə olub.

Komandanın rəhbərliyini, məşqçi heyyətini, bütün üzvülərini keçirdikləri yüksək səviyyəli, əzmkar oyun münasibəti ilə təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzu edirəm”-deyə R. Əliyev bildirib.