adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Oktyabr 2017 13:05
11441
GÜNDƏM
A- A+

Yazıçılar Birliyi “26” kafesinin yerini daha icarəyə verməyəcək

Bakının Səbail rayonunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında yerləşən "26” - "Twenty six” adlı kafe sentyabr ayının 8-də qalmallı şəkildə bağlandı. Kafe Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü və iştirakı ilə bağlandı. H.Abutalıbov kafenin fəaliyyətinin "26 Bakı komisarı”nın adını daşıdığına görə dayandırıldığı bildirib.

Bağlanan kafenin yeri icarəyə yenidən kiməsə veriləcəkmi?

Məsələ ilə bağlı danışan Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rzadeyib ki, Yazıçılar Birliyinin Binasında yerləşən həmin yerinin icarəyə verilməsi gündəmdə deyil.

"Bu məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyində hansısa müzakirə aparılmayıb”.(modern.az)