adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Oktyabr 2017 12:59
12269
SİYASƏT
A- A+

Müsavatın yürüşünə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətinə cavab verib.

Adalet.az xəbər verir ki, meriya yürüşün keçirilməsinə razılıq verməyib.

Bu barədə məlumatı Müsavat başqanı Arif Hacılı verib.

BŞİH partiyaya "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib. Hələ ki Müsavatın təklifə münasibəti bəlli deyil..

Qeyd edək ki, partiya 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aBakıda yürüş keçiriləcəyini bildirmişdi.(modern.az)