adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Oktyabr 2017 11:39
14597
DÜNYA
A- A+

Türk əsgəri təhlükədə

PKK terrorçuları türk ordusunun əməliyyatlar apardığı İdlibə hücuma hazırlaşır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb. PKK terrorçularının kütləvi halda İdlib istiqamətinə toplaşdığı bildirilib.

"Rakkada qazandığımız zəfərdən sonra bütün gücümüzü İdlib üçün Afrinə yönləndiririk”, - PKK-nın Afrin bölgəsi üzrə komandiri Əhməd Sultan deyib.

Terrorçular hücumdan əvvəl xüsusi taktika hazırlayıb. PKK-a İdlibə hücum etməzdən əvvəl insanlar arasında türk ordusunun "işğalçı qüvvə” olduğunu aşılamağa çalışacaq. Bununla terrorçular xalqın narazılığından döyüş zamanı qalxan kimi istifadə edəcəklər.