adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2017 17:24
14146
SİYASƏT
A- A+

Sərkisyan razılaşmanı pozdu - Məmmədyarov

Prezidentlərin Cenevrə görüşünə dair ATƏT, Azərbaycan və Ermənistan XİN-in birgə yaydığı bəyənat Azərbaycan və Ermənistan prezidentləri tərəfdən şəxsən razılaşdırılıb və orada nələrin yer almasını özləri söyləyiblər.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbəri vurğulayıb ki, Ermənistan prezidenti məsuliyyətsizcəsinə bəyənatdan kənara çıxıb və razılaşmanı pozub.

"Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və prezidentlər danışıqların intensivləşməsinə dair razılığa gəliblər. Həmsədrlərin də bu danışıqları ilin sonuna kimi necə intensiv şəkildə aparmağa dair təklifləri var"- Məmmədyarov deyib.(azvision.az)