adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2017 17:18
12685
SİYASƏT
A- A+

ABŞ-la viza böhranı: Türkiyə şərtləri qəbul edir?

Türkiyə təzyiqlərə boyun əyməyəcək.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonla Ankara arasındakı viza böhranı barədə danışarkən deyib.

"Qəbul edə biləcəyimiz, qanunlarımıza, Konstitusiyamıza və müstəqilliyimizə uyğun bir şey varsa, birlikdə çalışacağıq. Qəbul etməyəcəyimiz şərtlər başdan deyiləcək. Birlikdə çalışa bilərik, ancaq Türkiyədə müstəqil bir məhkəmə mövcuddur”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə və ABŞ qarşılıqlı qaydada viza verilməsini dayandırıb.