adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Oktyabr 2017 17:09
15417
DÜNYA
A- A+

Mosulda qanlı döyüşlər gedir

Mosul su anbarının peşmərgədən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Haşdi-Şabi qüvvələrinin kəşfiyyat komandirlərindən Əbu Yasir həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Kürd Muxtar Vilayətinə yaxın olan media orqanları məlumat yayıb. Haşdi-Şabinin sözçüsü Əhməd Əsədinin məlumatı təsdiq etdiyi bildirilib.

Qeyd edək ki, Mosul su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.