adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2017 16:50
20382
MARAQLI
A- A+

Bu il körpələrə ən çox bu adlar qoyulub

Azərbaycanda bu ilin 9 ayında doğulan körpələrə yenə də ən çox Yusif (2212) və Zəhra (2054) adları verilib.

Adalet.az-ın "Report"a istinadən məlumatına görə, daha çox verilən adlar arasında Nuray (1652), Hüseyn (1472), Əli (1603), Fatimə (1125), Zeynəb (1203), Aylin (1148), Ömər (1225), Məhəmməd (1090), Ayan (831), Murad (968), Məryəm (1217), Mələk (1106), Xədicə (682), Ayxan (829), Mədinə (706), Uğur (1149), Dəniz (1096), Leyla (666), Gülay (561), İbrahim (661), Tunar (685), Fidan (510), Kənan (499), Səma (602), Nihad (471), Nəzrin (445), Yağmur (468), Həsən (450), Ümid (555), Fərid (433), İnci (572) kimi adlar yer alıb.

Bu ilin 9 ayı ərzində Emil, Rəsul, İsmayıl, Aysu, Ramal, Mehdi, Əsma, Amin, Nihat, Nərmin, Banu, Aydan, Ayla, Nicat, Nərgiz, Nigar, Sadiq, Damla, Raul, Nazlı, Tuncay, Turan, Elcan, Cahid, Elmir, Aysun, Sənan, Aytac, Sevinc, Əkbər, Aişə, Adəm, Emin, Nilay, Günay, Lalə, Fuad, Sübhan, Əsmər, Arzu, Süleyman, Rüqəyya, Gülər adları da üstünlük təşkil edib.