adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Oktyabr 2017 17:29
9980
İDMAN
A- A+

Ronaldo Raulu geridə qoydu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Real” "Tottenhem”lə qarşılaşıb.

Adalet.az-ın məlumatına görə, 1:1 başa çatan oyun Kristiano Ronaldo üçün əlamətdar olub.

Portuqaliyalı ulduz bu matçla birlikdə qitənin ən nüfuzlu klub turnirində 143-cü dəfə forma geyinib. Bu göstərici ilə "Real”ın əfsanəsi Raulu arxada qoyan Ronaldo ÇL-də ən çox oyun keçirən futbolçuların sıralamasında 3-cü pilləyə yüksəlib.

Sözügedən siyahıya İker Kasillas başçılıq edir. "Kral klubu”nun daha bir əfsanəsi olan "çərçivə qoruyucusu” 166 dəfə ÇL oyunlarında meydana çıxıb.

Onu Xavi Hernandez izləyir. Keçmiş "Barselona”lının göstəricisi 151-ə bərabərdi. "İlk beşliy”i isə Raul Qonzales (142) və Rayan Giqz (141) tamamlayır.