adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Oktyabr 2017 00:24
11102
ƏDƏBİYYAT
A- A+

Qoca, uşaq və daş hasarlar

Pritça

Allahverdi Eminov

Üçüncü sinfə gedən məktəbli - təbii ki, kənddə oxuyurdu - atasından xahiş elədi Bakıya yola düşəndə onu da aparsın. Müəllimi dərsdə Xəzərdən danışır, tayı-bərabəri olmayan dan üzü kimi tərifləyirdi. Amma kolxoz-sovxoz dağılandan işsizdi, mal-qara saxlayır, ildə bir dəfə bostan-tərəvəz məhsullarını satırdı. Əlbəttə, bu çətinlikləri uşaq anlaya bilməzdi: onun üçün atasından güclü və imkanlı kim olardı?! Ata oğlunun bu xahişini eşidib xeyli düşündü, haçan Bakıya gedəcəyini və mümkünlüyünü dəqiqləşdirmək istəyirdi. Bir də oğlunun dediyi, daha doğrusu, müəllimindən eşitdiyi "Tayı-bərabəri olmayan Xəzər" barədə qənaətini dəqiqləşdirməyə çalışırdı. O, Bakıda təhsil almışdı, 3 il texnikumda oxumuşdu. İndi onun yiyələndiyi ixtisas yaramırdı, inşaatçı idi! Ata övladlarına qarşı həmişə məsuliyyətli olmuşdu: bir ideyası daha aparıcı idi ki, yalandan uzaq olun, diliniz doğru söz kəssin, yoxsa sözün qanı çıxar. Dərslərinizə fikir verirsiz, yaxşı qiymətlər alırsız, bu, əla! Arada zəifləyə də bilərsiz. Sonra çalışıb bilmədiyinizin yerini doldurarsız, amma tərbiyədən, əxlaqdan axsayası olsanız, ömrünüzün sonunacan sizdən əl çəkməyəcək!
Bu sözlər ata nəsihətiydig
Bir gün oğlu nasazlaşdı, nəfəs təngiməsiydi, zamana bax, uşaqları elə fəsadlar tapır - yaşlarından çox-çox uzaqda dayanmalıdır, həkimlər baş çıxarmır, bir mühüm səbəbi bəllidir: təbiətin tarazlığının pozulması, havanın zəhərlənməsi və daha bir səbəbi: gendən gəlmə azar-bezar. Ata ötən əsrin 60-70-ci illərini xatırladı, qanadlı təyyarələrin pambıq tarlalarına ziyanverici sovkaların (qurdlar) qırılması üçün səpdiyi zəhərli dərmanları hava ilə ciyərlərinə udmasını. Təyyarədə qalan qalıqların bağlara, həyətlərə ələnməsini. Uzun müddətli kənd-kəsək dumana bələnirdi. Bir dəfə müəllimləri təyyarə səsində sinfin pəncərələrini özü örtdü ki, içəri iyrənc qoxu dolmasıng
Ata qərarlaşdı, Bakıda ünvanını aldığı xəstəxanaya, orada bu sahəylə məşğul olan həkimə müraciət eləsin, oğlunu müayinədən keçirsin. Həkim gününü və saatını əl telefonu ilə bildirdi. Ata sevindi oğluna göstərəcəkdi, oğul sevindi Xəzəri görəcəkdi! İki bir-birini tamamlayan sevinc!
Şənbə gününə hazırlıq görüldü, oğlu səhəri desək ki, "diri gözlə açdı" - inanın. Bu hissi Bakını, Xəzəri görməyən hər bir uşaq yaşayır, necə ki, Kür çayını arzulayan şəhər məktəblisi!
Avtobus Ələtə yaxınlaşırdı. Yayın istisi insanı suya çəkirdi. Xəzərin sahilinə doğru yeni neft buruqları artıq sıralanırdı. "Qara qızıl" adamların əsəblərilə oynamışdı əsrlərlə. XXI əsrdə isə Xəzərin sakit, kimsəsiz sahillərini qıdıqlayırdı, havasına haram atmosfer bağışlayırdı, onun daha bir həmləsiydig
Uşaq belə cəncəl işlərin hikmətini anlamaqdan çox-çox uzaqda idi.
- Ata, - oğlu nəzərlərini sağ tərəfdən çəkdi. - Dəniz görünmür, havası gəlir, eləmi?
- Əlbəttə, oğlum. - Ata cavab verdi. - Bir azdan öz gözlərinlə görəcəksən Xəzər dənizini.
İzahatı söyləyəndə atanın üzü qızardı, bədəni üşəndi. Avtobus surətini azaltmışdı, yorğun sərnişinlər mürgü vururdu, yol atıb-tutmurdu: "Mən yalan demədim. Xəzər görünəcək" - ürəyində pıçıldadı. "Tayı-bərabəri olmayan Xəzərin" ecazkarlığını necə əyani görəcək uşaq - atanın ürəyi döyündü, bəlkə də çırpındı və bu vaxt yaşlı sərnişin sürücüyə üzünü tutdu:
- Oğlum, - dedi. - Dənizin yola yaxın yerlərindən birində saxlarsız, istidi, düşək, doyunca nəfəs alaq. Zəhrimar astmaya bənzər məndə təntimə var. - Sərnişinlərə ərkyana üz tutdu. - Etiraz eləmirsiz ki?
Yığcam sərnişinlər kişiylə həmfikir olduqlarını sürücüyə çatdırdılar.
Bu uzun yolu yağır edən sürücü içərisindən güldü, əsəblərini yüngülləşdirmək istədi və "Deyəsən bu qoca çoxdandı bu yolu gəlmir" - ürəyindən keçirdi.
- Ata, ata. - Uşaq atasının qolundan tutdu. - Xəzəri görürəm. - Sözün ardını öskürək boğdu, cümləsini tamamlaya bilmədi.
Avtobus münasib yer axtarırdı. Hündürlüyü 2 metrdən uca, qalın, daş üzlüklü hasarlar yalnız kinolarda, kitablarda canlanır, qəribə təəssürat yaradır. Daş hasarların arxasında müxtəlif ağacların başları görünür. Şəxsi zövqlə tikilən qırmızı, yaxud yaşıl kirəmidli evlər sanki yuxuya getmişdir. Həyətlər vardı - dənizin sahilə doğru sahəsində süni göldümü, "damba" idimi dalğalanırdı. Yəqin nərə, şirbitgxəşəm balıqları istidə yatmışlar, onlara kimdi dəyib-dolaşan. Axşamlar uşaqlar, sarışın saçlı qızlar, qolbaqlı qadınlar bu balıqlarla məzələnəcək. Artıq bu su canlıları onlara alışmışdır. Zərif əllərdəki qidaları çəkinmədən yeyəcəklər. Amma gecələr Ay işığında həmcinslərinin şişdə qovrulduqlarını da duyurlar. Balıqların məxsusi instinktləri olur axı!
Avtobus xeyli getdi və əylədi sürücü. Uzun yarpaqlı palma ağacların gəlinlik paltarını çıxarmışdılar, rahat nəfəs alırlar. Çətindi suala cavab vermək: onların boya-başa çatdıqları məkanlarda dəniz gömgöy, mavi, sakitdi. İnsanlar onların kölgəsində rahat dincəlir. Uşaqlar topla əylənirlər, bir yudum təmiz hava alırlar. Burada palmalar qürbət həyatını yaşayır, insanlar yoxdur, həyət-bacada beş-altı adam gəzişir. Bircə təsəlli ondadır, - öz ölkələrinin musiqisini eşidirlər. Əlbəttə, axşamlardan sonra gecələr cavanlar "gizlənpaç" oynayırlar, yaşlılar öz xarakterlərini danışırlarg Avtobus bir qədər də irəlilədi və dayandı.
Xəzərin içərisinə - ürəyinə doğru lağım atılmışdı. Sanki daş yol idi, təzəcə salınacaq "Neft daşları"na gedəcəkdi. Ətrafında tikinti qurtarmamışdı. Palma və başqa dekorativ ağaclar başlarını aşağı dikmişdi, bikef təsiri oyadırdı. Xeyli vaxtdı sakitlikdi, sahiblərinin başı "cəncələ" qarışmışdı, gəlib-gedən yox idig Musiqi səslənmirdig
Ata oğlunun əlindən tutub düşdü, o biri sərnişinlər də. Oğlu qabağa qaçdı, istədi kiçik aradan dənizə sarı yüyürsün, "tayı-bərabəri olmayan Xəzərə" tamaşa eləsin, qayıdanda dostlarına gördüklərindən danışsın. Onlar üçün necə də maraqlı olacaqdı!
Atası ayaq saxlamışdı, fikirləşdi uşaqdı, bəlkə ensiz "keçiddən" onu buraxarlar, axı kənddən ayaq basıb, şagirddir.
Mümkün olmadı, oğlu yaşlı kişiyə çatmışdı və ayaq saxlamışdı. Ata yəqin elədi, qocaya saysız suallar verəcək, mütləq cavab istəyəcək! Oğlu həqiqəti öyrənməyə cəhd göstərəcək! Hər şeylə razılaşmır, o şeyi eşidibsə, görübsə ona inanır, atası belə öyrətmişdir onu. Atası ondan xeyli aralıda dayanmışdı, qollarını çarpazlayıb Xəzərə baxırdı.
Qoca uşağın əlindən tutdu, sonra çiynindən:
- Əziz balam, - səsi xırıldadı, isti tər qırışlar yol almış alnında tumurcuqlanmışdı. - Buradan bax Xəzərimizə.
Uşaq dərhal qocaya tərəf döndü:
- Nəyi bizim oldu, baba? - Sağlam səsi cingildədi. - Müəllimimiz bizə sinifdə deyir ki, dünyada Xəzər tayı-bərabəri olmayan dənizdir. Mən onu yaxından görmək istəyirəm. Baba, müəllimimiz səhv etməz, o, bizə belə nəql edir! - Uşaq qocadan qopdu, azca kənarda durdu. - O nədir, baba. - Əlini lağıma tərəf uzatdı. - Xəzərin üzünü kimdi bıçaqla çıxan, baba? Qanı axır! Dili yoxdur deyə? - Susdu, verdiyi sualdan uşaq peşiman oldu, qolu ilə üzündə axan tərini sildi. Cibindən anasının verdiyi təptəzə dəsmalı çıxartdı və qocaya uzatdı. - Baba, - dilləndi. - Tərləmisiz, silin. Və üzünü yana çevirdi.
Qoca əzabından canını qoymağa yer axtarırdı, uşağın qarşısında xəcalət çəkirdi.
- Baba. - Uşağın hövsələsi çatmadı. - Bütün Xəzəri belə cilovlayıblar? Daş hasarları kimlər edib? Məgər Xəzər gecələr yatağından qaçır? Baba, balıqlar, balinalar qoymaz onu, axı Xəzərsiz ölərlər?
Qoca suallardan duruxdu, necə cavab versin, indiki uşaqlardan birinə. Bu uşaqlar çox şeydən xəbər tuturlar, oxuyurlar, televiziyaya baxırlar, yalanları da doğru hesab edirlər. Bu cocuqlar yalandan qorxurlar!
Qoca hələ susurdu, bəlkə desin ki, əziz bala, Xəzərdəki balinalara nə var, onlar heç zaman ana məskəni - dənizi qaçmağa qoymazlar; balinalar, akulalar Xəzəri sevirlər. Vay qurudakı ikiayağlı balinalara, akulalara, onlar üçün nə məskən, nə sevgi! Onların eşqi bambaşqa şeylərdir! - Qoca bunları uşağa deyə bilməzdi, onun kövrək qəlbini indidən sındırmaq olmazdı. Bu yara sağalmazdı. Amma suala nəsə cavab tapmalı idi.
Qoca uşağın yaşına qayıtdı, qeyri-adi qüvvə aparmışdı onu. Dahi şairimiz Mirzə Ələkbər Sabiri xatırlatdı. Müəllimləri onlara şairin "Uşaq və buz" şeirini izah etmişdi, əzbərlətmişdi.
- Əziz balam - qoca astadan uşağın çiyninə zəifləmiş əlini qoydu. - Sabirin "Uşaq və buz" şeirini oxumusan, eləmi?
- Bəli, baba, - dərhal dilləndi. - Hətta əzbər deyərəm.
- Son misraları yadındadımı? - Qoca uşağı sakit ovqatla süzdü, başını sığalladı.
- Deyərəm, babacan:

Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!
Yaz gələr artar qəmin,
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən.

Qoca və uşaq daş hasarlara baxıb gülümsündülər.