adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Oktyabr 2017 17:18
15101
ƏDƏBİYYAT
A- A+

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər

"Durumu sabitdir. Türkiyəyə planlaşdırdığımız səfər hələ ki baş tutmayıb. O səbəbdən ki, buna özü hələ razı deyil. "Bu ay yox, gələn ay gedərəm”, "bu həftə yox, gələn həftə gedərəm” deməklə səfər ləngiyib. Amma biz mütləq getməliyik. Çünki beynini mütləq yoxlamalıdırlar. Bilməlidirlər ki, ötənilki əməliyyatın nəticəsi necə olub. Əgər nəticə yaxşıdırsa, beyinin durumu ürəyin əməliyyatına imkan verirsə, o zaman əməliyyat da oluna bilər”.

Adalet.az xəbər verir ki, bunu Modern.azsaytına açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

Qeyd edək ki, ötən il avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Bu səbəbdən də şairin yenidən Türkiyəyə aparılaraq bir daha əməliyyat olunması çox vacibdir. Həyat yoldaşının sözlərinə görə qarşıdakı həftədə Türkiyəyə yollanacaqlar:

"İstəyirik ki, bu ayın sonuna qədər gedək. Noyabrda soyuqlar düşəcək. Nə qədər ki, soyuqlar düşməyib, biz getməliyik. Əks halda, soyuq havalarda Vaqif müəllimi ora aparmaq çox çətin olar. Öncə beyinin əməliyyatdan sonrakı durumunu yoxlayacaqlar. Buna nəzarət müayinəsi deyəcəklər. Əgər müsbət cavab olarsa, o zaman ürəyi ilə də məşğul olacaqlar”.