FAL QƏLƏM

NİCAT NOVRUZOĞLU
52998 | 2017-10-17 15:22

Falçılar dəbdədi.Onların fəaliyyətinə nə qədər dırnaqarası yanaşılsada, tənqid edilsədə hələ dəiçimizdə inamlarını qazandıqları insanlar kifayət qədərdir. Bəzən falçılara güvənənbu insanların avam kateqoriyaya daxilcahillər adlandırsaqda, sonradan bura üz tutanların hansı ali təhsil müəssisəsiniqurtardıqlarını və ya hansı rəhbər vəzifədə işlədiklərini öyrəndikdən sonra qalırsan məəttəl. Və içimizdə bu bacarığın nəticəsininolduğuna bir yəqinlik yaranır. Yəqin falçıların hesabına, gücünə, qələminə buenişli-yoxuşlu dünyada nəyəsə nail olmaq olur.

Neyniyək, çayı əksinə üzəsi deyilik ki. Camaatımızinanırsa biz niyə şəkk edək? Bəlkə bir köməyi dəydi?

Bu götür-qoybeynimi yeyə-yeyə gedib ağlma çatmışdı. Falçı ağlımdan çıxmırdı. Həm dəneyniyim, bir belə problemlərdən yazırıq, danışırıq öz həllini tapmır. Yazdığınproblem həll olmadıqca da sənə inam itir. Deyirlər ki, qələminin kəsəri yoxdu.El oba içində biyabır olmuşam.

Bir yolumuz varbir xeyli vaxtdır düzəlmir. Bir xeyli də bu haqda yazmışam. Əlac edən yoxdur.El obada arada məni məsxərəyə qoyur ki, bunada səbəb mənim yazmağından birşeyin hasil olmamağıdır. Məcburam elə bir şey edəm ki, nəhayət hansısa birproblemi çözəm və hörmətə minəm. Özüdə bu zəmanədə. Hörmətin belinin sürüşkənvaxtında.

Beləcə başladım falçı axtarmağa. Maşallah olsunmudeyim, olmasınmı deyim bilmirəm. Bir onu bildim ki, falçı sarıdan da kalanıq.Axtardıqca tapırsan. Hərəsinində öz dəsti xətti.

Özünə görə adçıxartmış falçılardan birinin qapısına getdim. Bir xeyli gözlədikdən sonra mənimdə qəbul vaxtım yetişdi. Girib içəri o əndrəbazi otaqda dərdimi falçıyaanlatdım. Dedim ki, filan kəndin yolupis gündədir. Mən camaat adından Sizin qapıya gəlmişəm ki, öz mübarək dəsti xəttinizləbizim yolun açılmasına bir kömək edəsiniz. Amma demədim ki, jurnalistəm və səninqələməyin çalmasına ehtiyacım var.

Falçı məsələyə oqədər mütəxəssiscəsinə yanaşdı ki, elə bil hər gün yol çəkdirir. Bir stəkansuyu masanın üstünə qoyub dedi ki, bu su sizin yolun açarıdı. Səpəcəksən yola vəaz bir zamanda müsbət nəticəsini görəcəksən.

Suyu götürüb düzəldimkəndə. O kəndə ki, illərdi yol üzünə həsrətdi.

Suyu gecə yola səpməyəqərar verdim. Dedim qoy kəndçilərim bilməsin ki, mən bu yolu necə çəkdirirəm.Elə bilsinlər ki, o yazdığım tənqidin nəticəsidir ki, yolları yenidən çəkilir.Və əgər çəkilməsədə, o bir stəkan dualı su təsir etməsədə yenə də mənə bir sözgəlməz. Deməzlər ki, ay gic bir stəkan suylada yol çəkərlər. Xülasə suyu səpdimgecənin zülmət qaranlığında yola.

Mən səhv etməmişdim.Bu su səpmədən 5 gün geçməmişdi ki, emailimə məktub gəldi. Kəndçilərimin təşəkkürməktubu. Onlar öz təşəkkürlərini bildirirdilər. Və mənim qələmimin itiliyindənağızdolusu yazırdılar.

Artıq elimizobamız məndən danışırdı. Hər yerdə mənə ehtiramla salam verirdilər. Ancaq mənidinləmək, mənimlə məsləhətləşmək istəyirdilər. Xətrimi, hörmətimi bir icranümayəndəsi daha da artırdı. Belə ki, qonşu kəndin kəndçiləri bildirdilər ki,icra nümayəndəsi bizi cana yığıb. Yola onun əlindən bir yumurta çıxardıb qoyabilmirik ki, sataq dolanaq. Bizə bir əlac elə.

Yenə falçınınqapısının önündəyəm. Bir az gözləməli oldum. İçəridə adam var idi. İçəridəkininçıxanda kim olduğunu görəndə falçıya inamım bir az da artdı. O müxalif siyasətçilərdənbiri idi. Deməli müxalifətçilərdə falçıya inanır.

Keçdim içəri. Ədəbərkanla salamlaşandan sonra ilk öncə yolun təşəkkürünü həm sözlə həm də"konvertlə" çatdırdım. Falçının özündən razı təbəssümünü üzündə görən kimi ürəklənib osiyasətçidən söhbət saldım və nəyə gəldiyini soruşdum. Falçının cavabı qısaoldu: "Başa saldım ki, sənin mitinqinə adam gələsi deyil. Get özünə bir iştap, bir işlə məşğul ol. Sənin qatarın gedib".

Cavabımqısalığından anladım ki, falçı növbəti səfərimin səbəbini bilmək istəyir. Vəziyyətdənonu agah elədim.

Bu dəfə masanınüstünə içərisində maye olan balaca şüşə qab qoyub "qurd yağıdı. Apar sürtonun kreslosuna, çıxıb getsin kənddən"-dedi.

Doğrusu elə başadüşdüm ki, falçı qurd deyəndə o el arasında soxulcan dediyimiz həşəratı nəzərdətutur. "O balacalıqda qurd bu boyda kəndin icra nümayəndəsinə necə batabilər axı?"- sualını düşünən kimi də falçıya ünvanladım. Falçı gülərəkbildirdi ki, bu o soxulcan qurdun yox vəhşi qurdun yağıdı. Gözlərim bərəlməsindeyə sıxıb qıyıq vəziyyətdə biranlanıqlı "həəəə", dalınca da təşəkkürlü və xudahafizli"sağol" deyib çıxdım otaqdan. Açığı yol boyu nə qədər fikirləşdimsədəqana bilmədim ki, bu qurdu hardan tapırlar, onun yağını necə sivirirlər. Belədəki, mənə lazımdır ki, bu hansı qurdun yağıdı? Əsas odur iş getsin.

Sabahısı icranümayəndəsinin kreslosunu yağlayıb dalıncada babat bir tənqidi yazı yazdım. 3günə icra nümayəndəsini vəzifəsindən alıb qoydular qonşu rayonun icra hakiminəmüavin. Bizə onun getməyi lazım idi ki. O da alındı.

Yenə xətir-hürmətartdı. Pay pürüş də ki, öz yerində. Salam verən "sənin halalındı"deyib ləyən-ləyən yumurtanı qoyurdu maşınıma.

Xalq mənisevirdi. Hər yerdə söz-söhbətim gedirdi, adım çəkilirdi. Bir yazar kimigünü-gündən ad san qazanırdım. Deyirdilərki, bunun qələmi faldı. Kimdən, nədən yazırsa vsyo məsələ tamamdı. Daybilmirdilər ki, qələmim fal olan kimdi. Bu minvalla bir xeyli gün gördüm.

Amma bu günündəömrü var imiş. Elə bil mənə göz dəydi. Yavaş-yavaş əlim işdən, barmaqlarım qələmdən soyumağa başladı.Əvvəl-əvvəl bunu az bir zamanda əldə etdiyim maddiyyatın çoxluğundan yaranmışarxayınçılıq kimi qəbul etsəm də sonradan gördüm ki, yox burda nəysə başqa şeyvar. Yazmaq deyilən zada yaxın gedə bilmirəm. Həriflər gözümü yorur, canımıalır.

Özümü verdim yenəfalçının yanına. Onu vəziyyətdən hali etdim. Falçı gözlərini yumub, başını orabura çevirib sonrada bərkdən ösgürdü. Sonra isəgözünü açdı və bərəldərək təxminən1 dəqiqəyə yaxın gözümün içinə baxdı. Deyəsən dərdimi tapmışdı. Sonrayavaş-yavaş dedi: "Səni bağlayıblar"."Necə bağlayıblar, hara bağlayıbalar"?- sualımı həyəcanla falçının gözlərimə dikilmiş bərəlmiş gözlərinəgözlərimi bərəldərək verdim. Falçı mənə canıyanan birisi kimi yüngül ah çəkibsözünə davam etdi: "Hara bağlayacaqlar ki, qıfıla. Sənin şəklinisancaqlayıb, qıfıllıyıb harasa atıblar əgər onu tapıb gətirsən bağlılığınıaçıb, səni anadagəlmə edərəm. Tapmasan mümkün deyil".

Kor peşman kəndimizədöndüm. Hardan tapacam üstü sancaqlı, qıfıllı şəklimi? Axı məni kimqıfıllayardı ki? Şübhələndiyim kimsə yox idi.

Kəndimizdə isəbağ salınırdı. Axan çayın kənarı ilə.Parkın hələ tam hazır olmamış ərazisi ilə yavaş-yavaş adımlayırdım.Gözüm qıfıllı və sancaqlanmış şəklimi axtarırdı, beynim isə düşmənimi.

Birdən qarşımıiki nəfər kəsdi. Biri kənd bələdiyyəsinin sədri idi, o birisini tanımırdım. Bələdiyyəsədri hal-əhvaldan sonra yanındakını göstərib dedi: "Tanış ol jurnalistdi.Bu parkın salınmasının səbəbkarı. Necə yazdısa bura bir belə texnika töküblərki, park salsınlar. Zalım oğlunun qələmi fal imiş..."


TƏQVİM / ARXİV