Bu il qanunsuz ov edənlərdən 90 tüfəng müsadirə olunub
"2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb”.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşları və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
R.Mirzəyev həmçinin vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılmasından da söz açıb:
"Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar edilib. Faktla bağlı qanun pozucuları barədə protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Mərkəzinə təhvil verilib. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir”.(modern.az)