adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Oktyabr 2017 10:52
17246
ELM VƏ TƏHSİL
A- A+

BANM rektoru Ali Məktəbə qəbul olmuş Prezident təqaüdçüləri ilə görüşdü

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru BANM-ə qəbul olmuş Prezident Təqaüdçüləri ilə görüşüb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ildə BANM-ə qəbul olunmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirib.

Ali Məktəbin Rektoru görüş zamanı cari ildə BANM-ə qəbul olmuş Prezident təqaüdçülərinin ötən illərə nisbətən iki dəfə çox olduğunu vurğulayaraq bununla böyük fəxr etdiyini bildirib.

Qeyd edək ki, 2017-ci il 1-ci qrup üzrə 25 prezident təqaüdçüsündən 24-ü məhz BANM-i seçib və bu göstərici BANM-in respublika üzrə birinciliyini təsdiq edib. Prezident təqaüdçüləri arasında 3 qız və 4 oğlan olmaqla 7 nəfər 700 balla qəbul olmuş tələbələrdir. Təqaüdçülərin ixtisas seçimində verdiyi üstünlük isə məhz Prorseslərin Avtomatlaşdırılması Mühəndisliyi olub. Təsadüfi deyil ki, bu ixtisas respublikada bütün rekordları aşaraq "İlin ixtisası” oldu.

BANM-in rektoru Elmar Qasımov Prezident təqaüdçülərinin Ali məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasına böyük bir investisiya olacağını vurğulayıb. O tələbələri bir daha təbrik edərək gələcək dərslərində müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.