adalet.az header logo
  • Bakı 19°C
17 Oktyabr 2017 10:23
10324
SİYASƏT
A- A+

BMT Əliyev-Sarkisyan görüşünü alqışladı

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, ümumdünya təşkilatının rəhbəri Cenevrədə keçirilən yüksək səviyyədə görüşünü alqışlayır: "O, prezidentlərin danışıqlar prosesinin gücləndirilməsi üçün tədbirlər görməyə və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmağa dair gəldikləri razılaşmanı dəstəkləyir".

Quterreş BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bildirib və tərəfləri sammitin müsbət təkanlarına əsaslanaraq, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb.