adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Oktyabr 2017 16:54
10159
İDMAN
A- A+

Azərbaycan millisinin oyunlarının vaxtı dəqiqləşdi

2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 29-da atılan püşkatmadan sonra müəyyənləşən təqvimdəki görüşlərin başlama saatı dəqiqləşib.

Qrup mərhələsinin oyunları Bakı vaxtı ilə 21:00 və 23:45-də start götürəcək. Azərbaycan millisinin Fransa ilə 2018-ci il fevralın 2-də baş tutacaq ilk oyunu 21:00-da, iki gün sonra İspaniya ilə matçı 23:45-də başlayacaq.

1/4 final və yarımfinal oyunları 21:00 və 00:00-da start götürəcək. Fevralın 10-da keçiriləcək həlledici qarşılaşmaların saatları da dəqiqləşib. Bürünc medal uğrunda görüş 21:00-da, final isə 23:45-də başlayacaq.

Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı "Stojitse Arena”da baş tutacaq.

AVRO-2018, final mərhələsi

A qrupu:Sloveniya, İtaliya, Serbiya

B qrupu:Rusiya, Qazaxıstan, Polşa

C qrupu:Portuqaliya, Ukrayna, Rumıniya

D qrupu:İspaniya, Azərbaycan, Fransa

Qrup mərhələsi

I tur

30 yanvar

21:00. Sloveniya – Serbiya

23:45 .Rusiya – Polşa

31 yanvar

21:00. Portuqaliya – Rumıniya

23:45. İspaniya – Fransa

II tur

1 fevral

21:00. Polşa – Qazaxıstan

23:45. Serbiya – İtaliya

2 fevral

21:00. Fransa – Azərbaycan

23:45. Rumıniya – Ukrayna

III tur

3 fevral

21:00. Qazaxıstan – Rusiya

23:45. İtaliya – Sloveniya

4 fevral

21:00. Ukrayna – Portuqaliya

23:45. Azərbaycan – İspaniya

1/4 final

5 fevral

21:00 və ya 00:00. 1A – 2B

21:00 və ya 00:00. 1B – 2A

6 fevral

21:00 və ya 00:00. 1C – 2D

21:00 və ya 00:00. 1D – 2C

Yarımfinal

8 fevral

21:00 və ya 00:00. 1A–2B qalibi - 1C–2D qalibi

21:00 və ya 00:00. 1B–2A qalibi – 1D–2C qalibi

10 fevral

21:00. III yer uğrunda oyun

23:45. Final