adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Oktyabr 2017 16:18
13885
İDMAN
A- A+

“Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz avtobus ayrılmayacaq

Oktyabrın 18-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ”–"Atletiko” görüşünü izləyəcək biletli tamaşaçıların ödənişsiz daşınması həyata keçirilməyəcək.

Bu barədə BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək:

"Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb”.

"Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq

Qeyd edək ki, sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ”–"Roma” görüşünü izləyən biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ödənişsiz həyata keçirilmişdi.(modern.az)